Gömrükçülər "fors- major" situasiyalara hazır deyillər və ya özləri qəsdən bu situsiyanı yaradırlar

19-02-2016, 14:17           
Gömrükçülər "fors- major" situasiyalara hazır deyillər və ya özləri qəsdən bu situsiyanı yaradırlar
Fevralın 18-də bir sıra kütləvi informasiya vasitələri o cümlədən teref.az saytı Azərbaycan-Rusiya sərhədində sıxlığın yaranması ilə bağlı məlumatlar yayıb.

"Dövlət Gömrük Komitəsindən Musavat.com-a verilən məlumata görə, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Rusiyadan Azərbaycana gələn vətəndaşlar ölkəmizlə sərhəddə yerləşən “Novo-Filə-Şirvanovka” gömrük-keçid məntəqəsinə yubanıb və adıçəkilən məntəqədə iş vaxtı bitdiyi üçün vətəndaşlar “Yaraq-Qazmalar-Samur” gömrük-keçid məntəqəsinə yönləndirilib.

“Nəticədə “Yaraq-Qazmalar” gömrük-keçid məntəqəsindən keçərək ölkəmizə gələnlərin sayındakı artım Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda sıxlığın yaranmasına səbəb olub. Azərbaycan gömrük xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində, nizamlı qaydada həyata keçirilən gömrük nəzarətinin, eləcə də tibbi müşahidənin aparılması ilə qısa vaxt ərzində sıxlıq aradan qaldırılıb. Hazırda “Samur” gömrük-keçid məntəqəsi normal rejimdə fəaliyyətini davam etdirir, vətəndaşların və nəqliyyat vasitələrin hərəkətində heç bir sıxlıq müşahidə olunmur”, - deyə məlumatda bildirilir."
teref.az olaraq Gömrük Komitəsinin verdiyi bu açıqlama bizi təəcübləndirdi. Ölkədə gedən islahatlar, dövlət başçısının məmurlara dəfələrlə müraciətlərinə baxmayaraq Dövlət Gömrük Komitəsi öz işində heç bir dəyişiklik etməyib.
Necə yəni gömrük- keçid məntəqəsində iş vaxtı qurtardığına görə?
Axı Dövlət Gömrük Komitəsi özü yazır ki, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar vətəndaşlar gecikib. Nəyə görə gömrük məmurları əvvəldən belə fors- major hadisələrə hazır deyillər? Əgər hava şəraitinin belə olduğu bilinirdisə ( hidro metereolojı xidmət əvvəldən xəbərdar etmişdi) niyə gömrük - keçid buraxılış məntəqəsi iş vaxtını uzatmırdı? Axı prezidentimiz deyib ki, Məmurlar xalqa qulluq göstərməlidirlər, xalq məmurlara yox. Dövlət Gömrük Komitəsi yazır ki, "Azərbaycan gömrük xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində, nizamlı qaydada həyata keçirilən gömrük nəzarətinin, eləcə də tibbi müşahidənin aparılması ilə qısa vaxt ərzində sıxlıq aradan qaldırılıb."
Görəsən Dövlət Gömrük Komitəsi əvvəldən bu tədbirləri görə bilmirdi? Mütləq gərək o qədər adam ora yığışıb saatlarla növbədə əziyyət çəkə idilər. Hətta iddia edənlər var ki, onlar qəsdən bu sıxlığı yaradırlar ki, əlavə gəlir qazana bilsinlər. Yoxsa bizim gömrükçülərin bu məqamda da, pul yığmaq fikirlərindən keçirmiş?
Beləliklə ən kiçik bir problem yaranan kimi Dövlət Gömrük Komitəsi fors-major situasiyalara hazır olmadığını göstərdi.
Prezidentin göstərişlərinə ancaq "baş üstə" deyərək yenə əski üsullarla işlərini davam etdirən Dövlət Gömrük Komitəsi başa düşməlidir ki, Azərbaycanın bu günü heç də əski üsul idarəni qəbul etmir və İlham Əliyevin tapşırığı heç də boş yerdən verilməyib.
Dövlət Gömrük Komitəsi bu gün xalq üçün işləməlidir, yoxsa onlar hesabladığı kimi xalq Dövlət Gömrük Komitəsi üçün işləməyəcək. Hər halda nə qədər gec deyil Dövlət Gömrük Komitəsi öz işində dönüş yaradsa yaxşı olar.
P.S. teref.az olaraq aldığımız məlumata görə bu heçdə gömrükçülər dediyi kimi ilk dəfə deyil və artıq 1 aydır ki, belə sıxlıqlar var. Və gömrük baraxılış məntəqələrində bu sıxlığın yaranması heç də hansısa fors -major situasiya ilə əlaqədar deyil. Bizə zəng edən oxcumuzun dediyinə görə gömrükçülər Dağıstana gedib gələn vətəndaşları qəsdən belə gecikdirirlər ki, basa basda öz işlərini görə bilsinlər.
teref.az olaraq qarşı tərəfində mövqeyini dinləməyə və fikirlərnə səhifələrimizdə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.