ŞƏKİ BİRLƏŞMİŞ UŞAQ XƏSTƏXANASI, YOXSA...
14-03-2016, 00:29
“Tanış həkimlərdən birindən bu qədər şpristi kim istifadə edib bura atıb deyə soruşanda, narkomanların olduğunu dedi.”
Azərbaycan hakimiyyətinin illərdir görüntü olaraq göstərdiyi sahələrdən biri də, təhsil ocaqlarının, səhiyyə müəssisələrinin inşası və ya təmiri olub. Bəzən köhnə tikililəri belə kosmetik təmirdən sonra yeni kimi təqdim edən icra hakimiyyəti başçıları da olub. Amma yerli əhali məsələnin böyüməsində maraqlı olmayıb. Çünki hətta kosmetik təmir edilən bina belə əvvəlki vəziyyətindən yaxşıdır.
Şəki Birləşmiş Uşaq Xəstəxanası ilk görünüşdən nəinki xəstəxana, sözün əsl mənasında illərlə tərk edilmiş xarabalığı xatırladır. Rayondakı mənbənin Conflict.az-a verdiyi məlumata görə baş həkim imran Əliyev nəinki bu vəziyyətdən narahatdır, əksinə olduqca məmnin görünür. “Çünki bu vəziyyət baş həkimə sərf edir”- deyən mənbə əlavə etdi ki, xəstəxananın mövcud vəziyyəti diqqətçəkici deyil.
Ona görə də İ.Əliyev bu müəssisəni istədiyi kimi yönələndirir. “Bu gün uşaq xəstəxanasının qarşısından keçəndə bir dəstə işlənmiş spristin yerə atıldığını gördüm. Tanış həkimlərdən birindən bu qədər şpristi kim istifadə edib bura atıb deyə soruşanda, narkomanların olduğunu dedi. Xəstəxana o qədər bərbad vəziyyətdədir ki, bura hava qaralan kimi əsasən narkomanların toplaşdığı məkan olur.” - deyən mənbə əlavə olaraq bildirdi ki, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məcid Əliyevə rayon sakinləri sağlamlıq mərkəzindən daha çox virus mənbəyi olan binanın da təmir edilməsi üçün kütləvi müraciətlər etsələr də, məsələ ciddiyə alınmadı.
“Baş həkim əsasən öz maraqlarının təmini ilə məğul olur.” – deyən mənbə əlavə olaraq bildirdi ki, nə vaxtsa bu bina baş verəcək faciənin ünvanı olacaq.
Redaksiya yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırdır.