Laçın preferansı - Laçında kreslo savaşı qızışır...
14-03-2016, 00:39
Rayonun müqəddəratını Zakir Fərəcovun verəcəyi qərar təyin edəcək
Bir müddət əvvəl Laçın rayonunun icra başçısı Akfi Səlimov vəzifəsindən azad edildi. Bu rayonun Sumqayıtın icra başçısı Zakir Fərəcovun kurasiyasında olması isə sirr deyil. Səlimovun işləyə bilməməsi, habelə bir sıra problemlərlə üzləşməsi yekunda onu icra başçılığından etdi. Təbii ki, Zakir Fərəcovun da bu məsələdə adı var.
TEREF.İNFO politika.az-a istinadən yazır ki, verilən məlumata görə, Akif Səlimovun işdən çıxarılmasının əsas səbəbkarı elə Zakir Fərəcov olub. Bu barədə növbəti yazılarda geniş bəhs edəcəyik. Hazırda isə rayonda Laçının icra başçısı vəzifəsi uğrunda müharibə gedir. Onların sayı bir neçə nəfər olsa da, əksəriyyəti elə Sumqayıtın icra başçısının qohumlarıdır. Və böyük ehtimalla Fərəcovun dediyi adam yekunda rayona rəhbərlik edəcək.
Qeyd edək ki, hal hazırda Laçının idarəçiliyində qəribə vəziyyət yaşanır. Belə ki, Akif Səlimov işdən çıxdıqdan sonra prosedura görə, onun səlahiyyətlərini birinci müavin icra etməlidir. Lakin Laçın İcra Hakimiyyətində birinci müavin deyil, müavinlərdən biri, daha doğrusu, Aqil Nəzərli rayona rəhbərlik edir.
Qeyd edək ki, Aqil Nəzərli davamlı olaraq Laçın İcra Hakimiyyətində əyləşən şəxs olmayıb. O gününü əsasən Bakıda, indiyə qədər yaratdığı biznes sahələrinə nəzarət etməklə keçirib. Lakin Səlimov işdən azad edilən kimi, qəfil Bakıdan Laçına gəlib ki, rayonun idarəçiliyini ələ alsın. Onu hətta belə bir addım atması barədə tövsiyyə də verilib.
Maraqlıdır ki, Aqil Nəzərli bu proses boyunca bəzi addımlar atıb. Onlardan biri də «Aqil Nəzərli Laçının icra başçısı oldu» başlıqlı yazının yayımlanmasıdır. Bütün bunlar hazırda icra başçısının səlahiyyətlərini icra edən həmin şəxsin başının altından çıxmış işlərdir.
Aqil Nəzərli Zakir Fərəcovun ən yaxın qohumudur. Əldə etdiyimiz məlumata görə, Nəzərlinin Laçına icra başçısı gələcəyi barədə ilk tapşırığı da elə Sumqayıtın rəhbəri verib.
Aqil Nəzərlinin icra başçısı olmasına etiraz edənlərdən biri keçmiş deputat Mahir Abdullazadədir. Onun əsas istəyi Zakir Fərəcova daha da yaxın olaraq, başqa bir yerə gedərək oradan mübarizə aparmasıdır. Amma digər rəqiblər isə özünü gələ bilmir. Onlardan biri təhsil şöbəsinin müdiri Malik Vəliyev və mühüm postlardan birini tutan Yusif Hüseynovdur.
Əgər Aqil Nəzərli icra başçısı təyin olunmazsa, onuda Malik Vəliyevin şansı daha çox olacaq. Çünki Vəliyev də Fərəcovun ən yaxın adamlarındandır.
Adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az