ÖTƏN GÜN ŞAMAXI MƏRKƏZİ XƏSTƏXANASININ BAŞ HƏKİMİNİN ÜRƏYİ GEDİB – İLGİNC SƏBƏB

22-04-2016, 10:00           

Tibbi müdaxilədən sonra özünə gələn Şamaxı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin evinə aparıldığını söyləyən mənbə, onu da əlavə etdi ki, günlərdir kifayət qədər gərgin olan E.Məmmədovun ürəyinin getməsi səbəbsiz olmayıb.

Dövlət başçısının ölkə konstitutsiyası ilə idarəçilik prinsipini əksər toplantılarda məmur korpusuna xatırlatması, illərdir ki, öz qanunları ilə fəaliyyət göstərənləri ciddi narahat etməyə başlayıb. Hər dəfə prezidentin “mən xəbərdarlıq edirəm...” – deyə səslənməsi rəhbərlik etdiyi müəssisəyə Kərbəlayi İsmayılsayağı bayrağlarını asmışlar özlərinə daha çox çəki-düzən verirlər. Ölkə paytaxtında və bölgələrdə baş verən son olaylara nəzər salanda isə vətəndaş-məmur münasibətlərindəki gərginliyin qismən də olsa səngiməsi, daha doğrusu qanunun tələb etdiyi məcraya yönəlməsi də müşahidə olunur. Bəzən illərdir yığılıb qalmış qara işlərini sahmanlamağa çalışan müəssisə rəhbərləri ilə bağlı isə lətifəyə bənzər hadisələr də baş verir. Conflict.az-a daxil olan məlumatda belə hadisələrdən birinin məhz ötən gün, Şamaxı rayon Mərkəzi Xəstəxanasında baş verdiyi bildirilir. Xəstəxananın maliyyə işlərini yoxlamaq məqsədilə paytaxtdan gələn müvafiq struktur nümayəndələrini, “Görüş” filimində Şıxəlinin söylədiyi kimi “o tarla sənin, bu tarla mənim” gəzdirməyib, türklər demişkən yetərincə AĞIRLAYAN və YOLA SALAN baş həkimin hətta bu məqsədlə paytaxtdakı mənzillərindən birini satdığı da qeyd olunur. Müavinlərindən, şöbə müdirlərindən və həkimlərdən yoxlama sonrası, "əziyyətini" önləmək üçün yardım alacağını zənn edən baş həkim Elxan Məmmədov yanıldığını bildiyi an, ötən gün xidməti kabinetində ürəyi gedib.

Tibbi müdaxilədən sonra özünə gələn Şamaxı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin evinə aparıldığını söyləyən mənbə, onu da əlavə etdi ki, günlərdir kifayət qədər gərgin olan E.Məmmədovun bayğınlığı səbəbsiz olmayıb. Məlumatı verən mənbə əlavə olaraq bildirdi ki, baş həkimin müavinləri, şöbə müdirləri və həkimlər “qonaqlar” gedənə qədər, QARŞILANMA və YOLA SALINMA məqsədilə sərf edilənlərə kömək etməyə söz versələr də, sonucda vədlərinə əməl etməyiblər. Sözsüz ki, kifayət qədər “AĞIR” hesab olunan “QONAQ QARŞILAM və YOLA SALMA” prosedurunu yalnız müəssisə rəhbərinin təkbaşına qarşılaması təcrübəsi demək olar ki, yoxdur. Bir çox “ilklərə” imza atmış Şamaxı rayon rəhbərliyində təmsil olunanlar artıq bu sahədə də tək və liderdirlər.
Şamaxı rayon Mərkəzi Xəstəxanası ilə məsələyə münasibət öyrənmək məqsədilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı. Redaksiya yazıda adı çəkilən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırdır.
Mövzuya qayıdacağıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.