Xəstə “Həkim” Vüqar Şükürov. ŞÜKÜROVLARDAN NÖVBƏTİ ŞOK FAKT – FOTOFAKT

12-07-2022, 10:09           
Xəstə “Həkim” Vüqar Şükürov. ŞÜKÜROVLARDAN NÖVBƏTİ ŞOK FAKT – FOTOFAKT
Deməli qardaşlardan özünü tibb sahəsində professor xəyal edən Vüqar Şükürov sən demə özü ağır diaqnozlu xəstəlikdən əziyyət çəkirmiş (foto fakt).


Hər halda əldə etdiyimiz fakt bunu deyir. Ya bu “vətənpərvər qardaşlar” hərbidən o qədər qorxurlar ki, yayınma yolunu saxta diaqnozla həyata keçiriblər, ya da ki, həqiqətən xəstədirlər. Yaxşı, onda “həkim” qardaş Vüqar Şükürov xəstədirsə, necə “həkimlik” edir? Bəlkə “həkim” fəaliyyətinin kökü saxta diploma əsaslanır?
Bu diplomu da araşdırmamız lazım olacaq. Necə deyərlər bu xəmir hələ deyəsən çox su aparacaq. Şükürovlar deyəsən macəra dolu həyat hekayələri ilə zəngindirlər. Maraqlıdır, bu boyda saxtakarlığı olan adamlar gizlənmək əvəzinə özlərini reklamla məşğuldurlar. Ancaq belə düşüncəli “həkim” özünü bütün xəstəliklərin müalicəsində mütəxəssis hesab edib reklam verə bilər.
Bu adamlar pula necə hərisdirlərsə, xalqın canını oyuncaq edib, xalqı məhv etməkdən belə çəkinmirlər. Hələ cinayət məsuliyyətindən kimə arxayın olub yayınırlar sözün düzü bizə qaranlıq qalıb. Çünki saytımıza daxil olan daha bir məlumata görə hər kəsi xüsusilə də onlar bu cinayət tərkibli hərəkətlərini işıqlandıranları hədə-qorxu ilə təhdid edirlər. Hətta birinin evinin qıfılını qırmaqla, ailəsini, azyaşlı uşaqlarını qorxu içində saxlamaqdan çəkinmirlər. Belə çıxır, bunlar mafiya tərəfdarları ilə əlbirdirlər. Belə getsə, Şükürovlar haqqında çox maraqlı araşdırmalarımız olacaq.
Qarşı tərəfin mövqe haqqını tanıyırıq
Xəbəral.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.