Vüsal Kərimli və deputat Mahir Abbaszadənin qalib etdiyi qadın görün kimdir - 42 milyon manatlıq tenderdə (FOTOLAR)

13-07-2022, 08:04           
Vüsal Kərimli və deputat Mahir Abbaszadənin qalib etdiyi qadın görün kimdir -
Bir neçə gün öncə, ölkə mətbuatında gedən məlumatlara görə, "Minera" MMC 42 milyonluq tenderi udub.

Sözügedən şirkət indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 41 milyon 976 min 181 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 10 tenderlə əldə edib – bir tenderin orta qiyməti 4 milyon manatdır. "Minera" MMC-nin cəmi iki sifarişçisi var – Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və Bakı Nəqliyyat Agentliyi. «Minera» MMC 10 tenderdən 7-ni Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan udub – 23 milyon 703 min 120 manat. Bu isə ümumi tenderlərin 56 faizi deməkdir. Şirkət Bakı Nəqliyyat Agentliyindən isə 10 tenderin 3-nü qazanmaqla agentlikdən 18 milyon 273 min 61 manat əldə etmiş sayılır. Bu da qazanılmış ümumi tenderlərin 43 faizi deməkdir. (fed.az)

Sözü gedən MMC 22.12.2011 tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhər, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi 90 ünvanında yerləşir. Nizamnamə kapitalı 110 manat, qanuni təmsilçisi isə Əsgərova Mətanət Talıb qızıdır.

32gun.az deputat Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun və BNA-nın qalib etdiyi Mətanət Əsgərovanın fotolarını əldə edib.

Həmin fotoları təqdime edirik:

Qeyd edək ki, “Minera” MMC bir çox layihələrin həyata keçirilməsində, böyük obyektlərin tikinti və təmir bərpa işlərində iştirak edib.


Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlidir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun baş direktoru Mahir Abbaszadədir.





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.