Deputatın qalmaqallı obyektində AŞAĞI HƏDD - GİLEY

13-07-2022, 09:25           
Deputatın qalmaqallı obyektində AŞAĞI HƏDD - GİLEY
"Şikayətim bu oteldəndir (Lerikdə yerləşən “Relax” istirahət mərkəzi)". DİA.AZ xəbər verir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Gqnay Əliyeva adlı istifadəçi qeyd edir.


Daha sonra narazı vətəndaş yazır: "Bizdən 400 manat pul alıblar, 2 otaqlı kotec üçün. Kotec çox bərbad vəziyyətdə, tualet-hamam, yataq dəstləri iyrənc vəziyyətdə.


Biz də otağı belə görüb yerləşmədən oteldə qalmaq istəmədiyimizi, etdiyimiz ödənişi geri qaytarmaqlarını tələb edirik. Lakin qaytarmırlar.

Heç bir mesaja, danışığa cavab vermirlər. Heç kim bunların instagramdakı saxta şəkillərinə aldanıb getməsin!!!"


DİA.AZ xatırladır ki, söügedən otel deputat İqbal Məmmədova məxsusdur və bu obyekt kifayət qədər qalmaqallı ünvan kimi tanınır. Bu obyektdə gah vergi işçilərini döyürlər, gah da müştəriləri şil-küt edirlər... Bir növ özünü qoçu kimi hiss edən İqbal Məmmədovun məkanı indi də müştəri etirazı ilə müşaiyət olunmaqdadır...

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.