Deputat Gəncə təhsilini yerdən-yerə vurdu... - "Aqronom üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir"

14-07-2022, 08:53           
Deputat Gəncə təhsilini yerdən-yerə vurdu... -
Milli Məclisin deputatı Etibar Əliyev Gəncə şəhərində təhsilin durumu ilə bağlı paylaşım edib.
DİA.AZ deputatın “Təhsilimizin Gəncə faciəsi” adlı statusunu təqdim edir:

"Dövlət İmtahan Mərkəzinin 2021/2022-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinə baxıram:


Gəncə şəhəri: 2021-ci ildə şəhərin ümumtəhsil müəssisələrini 2593 şagird bitirib.

Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 1120 məzunu (52,36%)-i tələbə adını qazanıb. 0-200 bal toplayan abituriyentlər 43,32 %-dir.

Attestat qiyməti falsifikasiyasına diqqət edin: Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 15,56%-i 200 baldan aşağı nəticə göstərib. Şəhərin abituriyentlərinin I-IV qruplarda riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə göstəriciləri respublikanın orta göstəricisindən aşağıdır. Fərq riyaziyyatdan-14,01%, fizikadan-9,31%, kimyadan-5,30%, biologiyadan-7,15%, coğrafiyadan-13,72%, tarixdən-1,60% təşkil edir.

Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 267,996- ya bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 2,7% aşağıdır. Aqronom üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.

Bizə isə seyr etmək qalır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru