Gömrük general Məsum Rəsulovun ildırım sürətli karyerası - Əskərlikdə ola ola instituta daxil olub oxuyub?

15-07-2022, 12:57           
Gömrük general  Məsum Rəsulovun ildırım sürətli karyerası -
Teref.az yazır ki, Ovqat.com-un baş redaktoru gömrük generalı Məsum Rəsulovun ildırım sürətli karyerasından status paylaşıb. Teref.az olaraq statusu oxuculara tədim edirik:
"Səfər Mehdiyevin generalı Məsum Rəsulov 7 il məcburi hərbi xidmət keçdikdən sonra 1997-ci ildə 25 yaşında Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olur. Hələ 1-ci kursda oxuyarkən onun "qeyri-adı" zəkası üzə çıxdığından adam dərhal Naxçıvan MTN-nə işə götürülür. Necə ki, Naxçıvanın "peşə-texniki polis məktəbi"nin 54 ballıq məzunları əllərinə diplom alar-almaz Muxtar Respublikada Azərbaycan Polis Akademiyasının məzunlarını əvəz edirlər.
Görünən budur ki, Naxçıvanda fəaliyyət göstərən bütün ali və orta ixtisas məktəbləri ancaq alternativ kadr yetişdirməklə məşğuldur. Bisavadların əlinə diplom verib birini nazir, o birini general zirvəsinə yüksəltmək işini bu ölkədə "xan" zati-alilərindən yaxşı bacaran ikinci şəxs yoxdur."
Teref.az olaraq qeyd etmək istəyirik ki, maraqlı məsələ odur ki, 92-ci ildə əskərliyə çağırılan, 7 il əskərlik çəkərək 1999-cu ildə demobilizə olunan Məsum Rəsulov 97-ci ildə instututa necə daxil olmuşdur?
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.