Pərvin Abıyeva ilə adı çıxan deputata ittihamlar: Cavid Osmanov fərari və nurçudur?

18-07-2022, 07:48           
Pərvin Abıyeva ilə adı çıxan deputata ittihamlar:
Bu gün “TikTok” və digər sosial şəbəkələrdə aktrisa Pərvin Abıyeva ilə deputat Cavid Osmanov arasında sevgi münasibətlərinin olduğu barədə məlumat yayılıb. Bununla bağlı big.az-a açıqlama verən aktrisa bu xəbərə əsəbiləşərək deyilənlərin yalan oldugunu söyləyib:”Bu şəxsin adını ilk dəfə sizdən və bu yalan informasiyanı yayan şərəfsizdən eşidirəm!”Məlumat üçün cumhuriyyet.az olaraq bildirək ki, C.Osmanov ardıcıl iki dəfə Ağdaşdan deputat olub və ən əsası odur ki, parlamentdə nisbətən cavan nəslin nümayəndəsi sayılır.
Həmin bu deputat özü barədə, haqq-nahaqq, yayılmış dedi-qoduya münasibət bildirərkən, deyib: “Bunlar Azərbaycana qarşı fəaliyyət göstərən, ölkədə qarışıqlıq salmaq istəyən qaragüruhçuların ortaya atdığı əsassız iddialardır. Mən antimilli qüvvələrə qarşı hər zaman mübarizə aparmışam, yenə də mübarizə aparacağam.”
Bir sıravi deputatın bu cür gülünc iddia ilə çıxış etməsi özündən razılıq, müştəbehlik, reallıq hissinin itirilməsi deyil də, nədir? Yeri gəlmişkən, sorğu keçirən olsa, məlum olar ki, Azərbaycanda pis-yaxşı, hər halda aktisa, şou-biznes nümayəndəsi və s. sayılan Pərvin Abıyevanı tanıyanların sayı həmin bu deputatı tanıyanların sayından yüz, hətta min dəfələrlə çoxdur. Məntiqlə, bəlkə də Ağdaşda belə düz-əməlli tanınmayan millət vəkili məlum şayiəni yayanlara və Abıyevaya reklam üçün minnətdar olmalıdır…
Onu da bildirək ki, Cavid Osmanov haqqında ölkə mediasında ilginc iddialar yer alıb. Özlərini Ağdaş YAP-çılarının veteranları adlandıran anonim müəlliflərin adından mediada dərc olunan və təkzib edilməyən həmin iddiaları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:”Cavid Qurbanov fəraridir və 1991-95 ci illərdə hərbi mükəlləfiyyətli olsa da, müxtəlif yollarla hərbi xidmətdən yaynıb. Daha sonra isə Cavid Osmanov ölkəni tərk edərək xaricə qaçıb. Azərbaycana qayıtdıqdan sonra isə rüşvət verərək hərbi bilet aldığı qeyd olunur.
Məktubda qeyd olunur ki, hər nə qədər gizlətməyə çalışsa da, Fətulla Gülənin gizli müridlərindən hesab olunur. Fətullarçılarla isə Cavid Osmanovun yolları hərbi xidmətdən qaçıb xaricdə olarkən kəsişib. Qeyd edək ki, Cavid Osmanovun saxta diplomu, saxta hərbi bileti və fətullaçılarla əlpaqələri, xüsusi ilə nurçuların Azərbaycandakı şəbəkəsi ilə əlaqələri tərəfimizdən araşdırılr.
Qeyd olunan məktubda digər iddalar da yer alır ki, onlardan biri də Cavid Osmanovun Bakı da və bir sıra rayonlarda gizli “priton” biznesi ilə əlaqəli olmasıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.