Unileverin Bakı offisi vətəndaşın şikayətini heçə sayır- ŞİKAYƏT

20-07-2022, 08:23           
Unileverin Bakı offisi vətəndaşın şikayətini heçə sayır- ŞİKAYƏT
Teref.az-ın poçtuna vətəndaş İlkin Məmmədkərimovdan şikayət daxil olub. İlkin bəy Unilever brendinin Azərbaycan offisi ilə əlaqəsindən, şikayətlərindən və bu şikayətlərin heç bir fayda vermədiyindən yazır. İlkin bəy şikayətində yazır:
"Salam sizə şikayətim Unilever brendi ilə bağlıdır. Deməli mən illərdir əksər Unilever markalarının Azərbaycanda satılmaması, satılan markaların isə çox məhdud çeşiddə satılması üstəlik bütün supermarketlərdə əlçatan olmaması ilə bağlı Unilever ABŞ, Unilever Böyük Britaniya, Unilever Hindistan, Unilever Türkiyə ofislərinə şikayət edirdim. Mənimlə bir neçə il bundan əvvəl Unilever Türkiyə ofisindən zəng etdilər onlara bütün problemləri bildirdim lakin bir müddət sonra heçnə dəyişilmir bütün problemlər davam edirdi. Mən təkrar Unilever Türkiyə ofisinə şikayət etdim və mənimlə 2020-ci ilin yanvar ayında Unilever Bakı ofisindən əlaqə saxladılar onlarada bütün problemləri dedim mənə bütün problemlərin həll olunacağı vədi verilsədə bir müddət sonra yenədə heçnə dəyişmədi. Onuda deyim ki, Unilever kimi qlobal brendlərin bütün ölkələrdə müştərilər üçün əlaqə mərkəzi varki müştərilər istədikləri vaxt müraciətlərini edə bilir. Azərbaycan kimi 10 milyon əhalisi olan ölkədə isə Unilever-in əlaqə mərkəzi yoxdur. Problemin həll olunmadığını görüb Unilever-in Xətaidə Ağ Şəhərdə yerləşən ofisinə getdim problemi xanıma izah etdim bütün bu problemləri cavabdeh şəxslərə çatdıracağını söylədi məndə qayıdıb gəldim. Bir müddət sonra yenə heç bir dəyişiklik olmadığını görüb Unilever Türkiyə Tüketici Hattına zəng etdim Azərbaycandan zəng etdiyimi bildirdim və bütün problemləri izah etdikdən sonra xanım operator mənə Emre Yusufoğlu adlı şəxsin E-mail adresini verdi və mənə bütün problemləri Emre beyin E-mailinə göndərməyimi bildirdi məndə sağollasdım və bütün problemləri Emre beyin E-mailinə göndərdim. Bir neçə saat sonra cavab E-maili gəldi və Emre bəy mənimlə Unilever-in Azərbaycan və Gürcüstan üzrə direktoru Araz Tehmasebinin əlaqə saxlayacağını bildirdi. Araz bəy mənimlə əlaqə saxladı bütün problemləri onada bildirdim mənə bütün problemlərin həll olunacağını və hansı supermarketdə markalarımızın tapa bilmirsizsə həmin supermarketlərin adını ona göndərməyimi istədi məndə göndərdim. Bir müddət sonra bütün problemlər davam edirdi mən narahat etməyim deyə Araz bəyə zəng etmədim Whatsapp vasitəsi ilə heç bir şeyin dəyişmədiyini bütün problemlərin davam etdiyini bildirdim mesajımı oxuyub tərbiyəsiz vədinə nömrəmi həm Whatsapp həmdə Telegram-dan blok ettdi. Bunun nə demək olduğunu öyrənmək üçün zəng etdiyimdə zənginə cavab vermədi. Bütün bu olanlardan sonra Emre bəyə baş verənlərlə bağlı E-mail yazdım və bu nə tərbiyəsizlikdir deyə sual verdim. Emre bəy mənə göndərdiyi cavab E-mailində baş verənlərə görə məndən üzr istədiyini bütün bu olanları lazımi şəxslərə çatdırdığın bildirdi. Özümü rəsmən axmaq yerinə qoyulmuş kimi hiss edirdim. Bilirsiz mənim illərdir P&G, Henkel, GSK, RB və s. qlobal brendlərin Azərbaycan ofisi və Azərbaycandakı rəsmiləri ilə əlaqəm var və sağolsunlar indiyədək hansı sualım olubsa sevə-sevə cavablayıblar və bütün müraciətlərə həssas yanaşıblar. Yəni mən indiyədək belə bir rəzillik görməmişdim. Mən Araz bəyin şəxsi E-mailini öryəndim ona mənimlə əlaqə saxladığını problemi həll etmək vədi verdiyini nömrəmi blok etdiyini zəng etdikdə cavab vermədiyini bunun nə demək olduğunu sual verdim və bildirdim ki, verəcək cavabınız yoxdur çünki. Mənə Aydın Əhmədov adlı şəxs E-mail göndərib problemin nədən ibarət olduğunu soruşdu. Aydın bəyə cavab E-mailimdə bütün problemləri izah etdim heç bir açıqlama vermədi verəcək cavabları yoxdur çünkü. Bütün ölkələrdə Unilever-in əksər markaları bütün çeşidləri ilə hər yerdə əlçatan olduğu halda Azərbaycanda əsas markaları satılmır, satılanlarda çox məhdud çeşiddə satılır və hər yerdə əlçatan deyil. Birdə Unilever bəzi markalarının istehsalçı ölkəsini və tərkibini dəyişib. İllərdir Almaniya istehsalı gələn Dove duş geli indi Birləşmiş Ərəb Əmirlikləri gəlir. Onsuzda heç kimə sirr deyilki Unilever kimi brendlər Avropa ölkələrində və ABŞ-da daha keyfiyyətli məhsullar istehsal edir, Azərbaycan kimi ölkələrdə isə fərqli tərkib və aşağı keyfiyyətdə markalar istehsal edirlər. Sağolun.
İlkin Məmmədkərimov"
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.