Azərbaycanda vətəndaşların hüquqlarını pozan və məsuliyyətə cəlb olunmayan MTK-lar çoxdur
18-11-2022, 08:26

Azərbaycanda vətəndaşların hüquqlarını pozan və məsuliyyətə cəlb olunmayan MTK-lar çoxdur.
Bu qanun pozuntularının bir neçəsi:
Teref.az yazır ki, bunu Neftçilərin hüquqlarını müdafiə edən Mirvari Qəhrəmanlı deyir. Daha sonra Mirvari xanım fikrini davam etdirərək bəzi pozuntuları göstərib.
1. Vətəndaşlarla bağlanan müqavilələrdə mənzilin sahəsi Çıxarışda olan sahədən ən azı 10 faiz çox göstərilir və vətəndaşlar bu pulu ödəmək məcburiyyətində qalırlar.
2. Vətəndaşlara verilən mənzil sahəsi, evin daxili ölçüsü ilə deyil, divarlar da nəzərə alınmaqla hesablanır və çox göstərilir, eyni zamanda balkon da ümumi sahəyə daxil olur.
3. Mənzil tikilib istifadəyə veriləndən sonra, evlərin idarəçiliyi payçılara verilmir, qanunsuz olaraq MTK - nın özü tərəfindən idarə olunur.
4. Tikinti şirkətinin MTK - sı isə: mühafizə, qaz, su, işiq, təmizlik və sair adlarla böyük məbləğdə aylıq ödənişlər təyin edir.
5. Elanlarda mənzillərin satışı ilə əlaqədar olan qiymətlə, real satış qiymətləri fərqli olur.
6. Sosial şəbəkələrdə vətəndaşların suallarına: şəffaf cavab verilmir, "sizə mesaj göndərildi", satış məntəqələrinə müraciət edin və sair kimi cavablar verilir.
7. Bir çox MTK-ların işçiləri sual verən və məlumat almaq istəyən vətəndaşlarla gobud danışır.
8. Müqavilələrdə vətəndaşlar üçün məsuliyyət nəzərdə tutulsada, MTK-lar üçün tutulmur.
9. Elanlarda tam təmir adı ilə elan versələr də, müxtəlif bəhanələrlə vətəndaşlardan təmir adı ilə əlavə pul da alırlar.
10. Elanlarda mənzilin təhvil verilməsi ilə eyni zamanda Çıxarışın verilməsi bildirilsədə, verilmir və ya uzun müddət sonra verilir və sair
11. Fb-də MTK-lardan birinin elanında rast gəldim: şəhərin kənarına yaxın sahədə tikilən təqribən 90 kvadratmetr evin ilkin ödəniş qiyməti 25 000, 20 il müddətinə 240 ay, hər ay üçün 1100 manat aylıq ödəniş və şübhəsiz ki, 10 faiz də illik bank ödənişi. Şərhə ehtiyac yoxdur.
Teref.az yazır ki, Mirvari xanım bütün bunlara misal kimi Neftçi MTK-nın adını çəkir.