25 min rüşvət alan müstəntiq Nicat Acalovun tutduğu adam hələ də həbsdədir-Video
1-04-2023, 14:40
Narkotik qaçaqmalçılığına və satışı ittihamı ilə həbs edilərək 13 il müddətinə azadlıqdan məhrum edilən taksi sürücüsü Faiq Məmmədovun ailəsi onunla bağlı istintaqın qərəzli aparıldığı və ədalətsiz hökmün çıxarıldığını bildirir.
TEREF.AZ yazır ki, Azinforum.az-a müraciət edən anası Məhsəti Məmmədova bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Elxan Süleymanov da işi düzgün araşdırmayıb. Faiq Məmmədovun anası qeyd edir ki, məhkəmədə işə baxılan zaman oğlu və vəkili Faiqin narkotik qaçaqmalçılığı ilə məşğul olmasını təsdiq edən sübut olmadığını bildiriblər: “Müstəntiq özündən protokol tərtib edib ki, guya oğlumun telefonunda səs yazısı aşkar olunub və narkotiki göndərən şəxsə vatsapda səs göndərib. Vəkilimiz həmin səs yazısının təqdim edilməsini tələb edəndə məlum oldu ki, protokol saxtadır. Yəni, belə bir səs yazısı yoxdur, müstəntiq özündən protokol tərtib edib. Necə olur ki, Faiqlə birgə tutulan 2 nəfər azadlığa buraxılır, avtovağzalda maşına minən adam, ümumiyyətlə, araşdırılmır. Fakt budur ki, cinayəti etiraf edənlər azadlığa buraxılıb, amma taksi kimi işləyən adam günahı olmadığı halda 13 il həbs cəzası alıb. Məhsəti Məmmədov bildirib ki, hökmdən verilən şikayətə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Məmməd Bağırov tərəfindən baxılıb və hökm qüvvədə saxlanılıb”.
Məhsəti Məmmədova bildirir ki, istintaq dönəmində müstəntiq Nicat Acalov onlardan 25 min rüşvət alıb: “Faiq saxlanılandan bir neçə gün sonra Nicat Acalov onu həbsdən buraxmaq üçün vəkil vasitəsilə bizdən 25 min manat istədi. Kiçik oğlum qardaşı ilə görüşüb pul məsələsini deyib. Nicatın cavabı belə olub ki, “yuxarıdan məndən cavab gözləyirlər”. Nicat 25 min manat rüşvət almasını dəfələrlə etiraf edib, bunun səsyazıları da var. O, 2 il bizi müxtəlif vədlərlə aldatdı. İş məhkəməyə veriləndə yalandan deyirdi ki, iş hələ məndədir, Faiqi buraxacağam. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (külli miqdarda rüşvət alma) ilə cinayət işi başlanıb. İş materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib və aprel ayının 3-də məhkəmə baxışı təyin edilib.
Teref.az.az Məhsəti Məmmədova ilə olan videomüsahibəni təqdim edir: