Nazir Şakir Quliyevə başqa əncam tapmalıdır... - Belə alınmır... VİDEO

15-06-2023, 10:45           
Nazir Şakir Quliyevə başqa əncam tapmalıdır... -
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev ilin hər ayı üçün maaş aldığı vəzifəsini yalnız təqvimin barmaq hesabı saya gələn müəyyən günlərində həyata keçirir desək, yanılmarıq. Məsələn, Ümummilli lider Heydər Əliyevin anım günlərində (10 may və 12 dekabr), YAP-ın yaranmasının ildönümündə (21 noyabr), Xəzər günündə (12 avqust) və s. Həmin günlərdə idarə rəisi Lənkəran şəhər və qonşu rayonların ictimaiyyətinin nümayəndələri ilə birgə Xəzər dənizinin Lənkəran şəhər sahili zolağında geniş miqyaslı iməcilik təşkil edir, Lənkəran dəmiryol vağzalı ərazisində Xəzər dənizinin sahilində yerləşən çimərlik sahələrinə atılmış bərk məişət tullantıları, plastik qablar, polietilen torbalar ərazidən təmizlənərək aidiyyəti üzrə şəhər poliqonuna daşınır. Hesabatlarda göstərilir ki, guya belə ekoloji aksiyalar zamanı çimərlik sahəsində yerləşən istirahət mərkəzləri ilə zəruri maarifləndirmə işləri aparılır.

Ümumiyyətlə isə başqa günlərdə Şakir Quliyevin vəzifəsi rəhbərlik etdiyi idarənin nəzarətində olan ərazilərdə baş verən ekoloji terrora təmənna qarşılığında göz yummaqdan ibarətdir. Şakir Quliyev üçün həyatının ən əlamətdar günü təvəllüd günüdür. Xatırlayırsınızsa, bu ilin fevral ayında zəlzələ səbəbindən bütün Türk Dünyasının matəm içində olduğu bir vaxtda Şakir Quliyevin öz 60 illik yubileyini təntənə ilə, şadyanalıqla qeyd etdiyi bəlirləndi və o, mediada tənqid olunaraq ictimai qınağa tuş gəldi. Yuxarı rəhbərlik (ETSN) isə ona “gözün üstə qaşın var” demədi. Heç evdə ailə üzvləri də ona yaddaşlıq etmirlər ki, “kişi, getdikcə səriştəni itirirsən”.

Redaksiyamıza təqdim olunan aşağıdakı foto və video görüntülərdən məlum olur ki, Lənkəran şəhərinin mərkəzinə yaxın ərazilərdə yol kənarındakı yaşıllıqlar qırılır. Qırılan ağacların yeri isə əs asən plastik qabların və polietilen torbaların atıldığı zibilliyə çevrilib. Yalnız imkanlı şəxslərər məxsus fərdi evlərin hasarlarının kənarında əkilmiş və dəmir məftil torlarla çəpərlənmiş ağaclar ekzotik ağaclar (palma və s.) qorunub saxlanılıb.

//azerinfo.media//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.