Ağstafanın baş həkimi yeni“foks” çıxardıb.

8-07-2016, 22:59           
Ağstafanın baş həkimi yeni“foks” çıxardıb.

Son illər Ağstafa Rayon Səhiyyə Şöbəsinin müdiri, baş həkim İlham Mustfayev haqqında ölkə mətbuatında tez-tez tənqidi yazıların getməsi heç də təsadüfi deyil. Bu gün İlham Mustafayevin rüşvətxorluğu, xəstəxanada baş alıb-gedən özbaşınalıqlar onu deməyə əsas verir ki, bu kadrın Ağstafaya göndərilməsində böyük səhvlər edilib. Həkimliyini kənara qoyub bütün “maxinasiyalar”ı əla bacaran Mustafayev açıqca özündən əvvəlki müdirə şükür oxutdurur. Səhiyyə naziri Oqtay Şirəliyevin Ağstafaya təyin etdiyi Musatafyevdən hamı narazıdır. Bu gün də maraqlıdır ki, səhiyyə naziri belə bir insanı Ağstafa kimi rayona nəyə göndərib?
Hər vaxt mənasız olaraq özündən razı, manata da tamah salan Mustafayev bu günlərdə, necə deyərlər yeni bir “foks” çıxarıb. Xəstəxanada prostatdan və ya digər bədən üzvlərindən əməliiat olunanlar, təbii ki, əvvəlcədən əməliyyata hazırlanır və analizdəın keçirlər. İndicə tezdən yatan Mustafayev yuxusunda nə görübsə, səhərisi həkimlərinə göstəriş verib ki, məsələn prostatdan əməliiyat olunanlar gedib, gələcəkdə bu adamda xərcəngin törəməsi olub-olmaması haqqında da analiz versinlər. Bu da Ağstafa xəstəxanasında və ya əyalətlərdə qeyri-mümkündür. Lap əvvllərdən də belə bir analiz vermə prosesi olmayıb. Baş həkim bunalrı etməkdə məqsədi son olaraq cərahiyyə şöbəsində olan həkimləri bezdiriməkdir. İlham Mustafayev bu “foksu” irəli atmaqda cərrahları sıxışdırır ki, xəstəni onların əlindən alıb istiqamətini başqa yerə salsın, ya da baş həkimin “bığının” altından keçsinlər. Görün bu kimin ağılına gələr? Əlbəttə ki, heç də yerində olmayan İlham Mustafayevin...
Bəli, yəni bundan səhiyyə nazirliyini xəbəri yoxdurmu? Onlar bilməlidirlər ki, İlham Musatafayev kimiləri gec-tez dəmir bamaqlar araslında əyləşəcək. Bu günə kimi İlham Musatafayev kimi rayona baş həkim gəlməyib. Onun işlədiyi dövrdə iş fəaliyyəti dəqiq yoxlanılsa, sözsüz ki, Musatfayevin yeri məlum olar.
Yaxşı olar ki, neçə ki gec deyil, əlaqədar orqanlar tədbir görsünlər. Əks halda məsəlnən sonu yaxşı görünmür.
İlham Hacalı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.