Burada səfərbərlik rəsmən problemə çevrilib... - İTTİHAM VAR
11-07-2016, 16:55
Məlum olduğu kimi, ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncama uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) rayon şöbələrində ordu sıralarına çağırış başlanıb. Təbii ki, məhz bu gün, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması barədə ən yüksək beynəlxalq səviyyələrdə gedən danışıqların fonunda, ordumuzun döyüşə hazırlıq vəziyyəti də həm dostlarımız, həm də düşmənlərimiz tərəfindən xüsusi diqqətlə izlənilməkdədir. Məhz bu səbəbdən, eləcə də düşmənlərimiz tərəfindən cəbhə bölgəsində ardıcıl törədilən təxribatların qarşısının qətiyyətlə alınması məqsədilə, ölkəmizin müdafiə qüdrətini təmin edən bütün qurumların qüsursuz fəaliyyət göstərməyi tələb olunur. O cümlədən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün struktur və şöbələrinin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Lakin təəssüflər olsun ki, bu gün orumuzun uüksək döyüş qabiliyyətinin təmin olunmasına görə məsuliyyət daşıyan heç də bütün qurumlar barədə bu kimi müsbə fikirləri səsləndirmək olmur. Həmçinin cəmiyyətdə formalaşmış ictimai rəy Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindən çoxsaylı narazılıqlardan xəbər verir. Artıq neçə müddətdir ki, Xidmətin Hacıqabul rayon şöbəsinin fəaliyyətinə dair aldığımız məlumatlar isə, bu kimi narazılıqların daha da artmasına şərait yaradır. Belə ki, şöbənin fəaliyyətində müşahodə olunan çoxsaylı nöqsanlar barədə bizimdovr.az-a açıqlama verən mənbənin sözlərinə görə, bu gün Nurlan Abbasovun rəhbərlik etdiyi qurum tərəfindən fiziki və əqli cəhətdən sağlam gənclər müxtəlif yollarla həqiqi hərbi xidmətdən yayındırılır: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsi üzərinə düşən işin öhdəsində layiqincə gəlməyi bacarmır, ölkənin hərbi çağırış sistemində ciddi qanun pozuntularının yaranmasına səbəb olur. Hacıqabul rayon şöbəsində hərbi xidmətinə göndərilən əsgərin qeydiyyatında müəyyən süni problemlər yaşanır. Bir sözlə, adıçəkilən qurumda rüşvətxorluq və anarxiya baş alıb gedir...” Qeyd edək ki, bu açıqlamalar redaksiyamıza hələ bir müddət bundan əvvəl təqdim olunmuş məlumatlarda yer almışdı. Həm də açıqlamaları redaksiyamıza təqdim edən mənbə, öz iddialrını konkret dəlillərlə də isbatlayırdı. Belə ki, ötən saylarımızda dərc etdiyimiz materiallarda biz redaksiyamıza təqdim olunan “saxtalaşdırılmış” hərbi biletlərdən bir neçəsi barədə ətraflıbəhs etmişdik. Bir neçə müddət bundan əvvəl isə, redaksiyamıza daxil olmuş açıqlamalarda mənbə göstərmişdi ki, Xidmətin rəisi general-leytenant Arzu Rəhimovun göstərişi ilə artıq Hacıqabul Rayon Şöbəsində yoxlamalara başlanmışdır. Bu xüsusda bizimdovr.az-a daxil olan son məlumatlara görə, şöbədə yoxlamalar hələ də davam edir. Digər tərəfdən isə, hətta bu yoxlamanın gedişi də Nurlan Abbasovu öz qanunsuz əməllərindən çəkindirməmişdir. Açıqlamalara görə hal-hazırda şöbədə xidmətdən qanuni əsas olmadan möhlət verilməsi və çağırışçının arzuladığı bölgəyə hərbi xidmətə göndərilməsi üçün şöbədə növbəti pul yığımları davam etməkdədir... Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.