“İctimai iştirakçılıq haqqında” Qanun qeyri-rəsmi formada dəyişdirilib? - Artıq İçtimai Şuralara seçim yox təyinat var?
21-02-2024, 19:16
Hörmətli həmkarlar, media nümayəndələri!
Bir müddətdir ki, bəzi yoldaşlar mənə bildirir ki, bəs “İctimai iştirakçılıq haqqında” Qanun qeyri-rəsmi formada dəyişdirilib. Elə bilərsiniz gülmək üçün deyirəm, əksinə vəziyyət ağlamalıdır.
Belə ki, qanunvericiliyə görə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi üçün İctimai Şuraların yaradılmasından istifadə edilir. Digər formalar o qədər də işlək deyil (məsələn: ictimai dinləmələr və s.).
İctimai Şuralar da seçkilər keçirilməklə formalaşır. Lakin, PA-dakı bəzi başbilənlərin tapşırığı ilə Qanun dəyişib və artıq seçkilərə ehtiyac yoxdur. Şuraya üzvlük təyinat yolu ilə həyata keçirilir.
Deməli, Elm və Təhsil Nazirliyi İctimai Şuranı yeniləmək üçün seçkilər elan edib və QHT-lər oraya müraciət edib. Artıq seçkinin keçirilməsi üçün təyin olunmuş vaxtdan da keçib. Buna səbəb, PA-nın QHT şöbəsindən gələn tapşırıqdır. Tural başqan deyib ki, biz özümüz deyəciyik kimi seçin, kimi yox))
İzah olunub ki, bəs QHT-ər səs verməlidirlər axı, siz kimisə salacaqsız bura, o adamın nüfuzu olmaya da bilər. Bildirilib ki, QHT-lərin səsverməsinə ehtiyac yoxdur, Ekologiya Nazirliyindəki təcrübəni tətbiq edin.
Həqiqətən bu adamlar ölkə qanunlarını da heçə sayırlar. Dünyanın hansı ölkəsində görünüb ki, İctimai Şura üzvlərini PA seçsin. Və ya PA ictimai Şura üzvərinə tövsiyyə verir ki, ictimai nəzarəti belə və ya elə həyata keçirin (Ekologiya nazirliyindəki görüşü yadınıza salın. Bir dəfə oradakı görüşdəki söhbəti yazacam, öləcəksiniz gülməkdən).
Həqiqətən də vəziyyət günü gündən pisləşir.
Ekologiya Nazirliyindəki ictimai şuraya seçkilərdən tanıdığım bir neçə QHT yüksək səs toplamışdı. Onlara Agentlikdən zəng gəlib ki, bəs PA deyir ki, namizədliklərini geri götürsünlər. Bunlar da bir az dirəşəndə deyilib ki, onda sizə qrant verməyəcəklər. Nə isə, orta qrant alacaqları vədi ilə məsələ həll olunub)))
Heç zad, bunları dedimsə mən oldum artıq dövlətin düşməni. Təhsil nazirini dünən yıxıb sürüdülər, onları söyən olmadı. Mən QHT-lərlə bağlı nəsə yazan kimi hücum başlayacaq. Qranta görə hər şeyini satanlar başlayacaq yazılar verməyə))
Nə isə, ümid yalnız Cənab Prezidentədir. Çünki Hikmət Hacıyevdən çoxdan əlimi üzmüşəm.Qəbulunda olub vəziyyəti mən və digərləri danışdıq.O, özü də bəzi məsələlərdən məlumatlı olduğunu , narahatlıq keçirdiyini desə də, minnətdarlıq etsə də ki, vətəndaşlıq mövqeyi göstərmişəm, sonra üçbucağın əli ilə- Aygün Əliyeva, Tural Əliyev, Günel Səfərova vəziyyəti ələ alıb , bazarlarını genişləndirməyə başladılar! Çox inanıram ki, Cənab Prezident,bir gün bu sektora nəzarəti sağlam qüvvələrə tapşıracaq! Çünki Prezidentə sadiq olanlar var.Onlarla görüşlərimiz də olub, faktları da təhvil vermişik.Hələlik qovluq şişir))) bunlar özlərindən, hörmətli Hikmət müəllimdən arxayın olub))) nə istəyirlər edirlər!
Metanet Askerqizi