Lerikdə məmurlar 1.2 milyon manat büdcə vəsaitini necə yoxa çıxrıblar...
13-04-2024, 16:19
Lerik rayonundan bir qrup sakini rayondakı məmur özbaşınalığı və korrupsiya faktlarından şikayətçidir.
Onlar Anaxeber.info-ya bildiriblər ki, rayonda tam bir anarxiya hökm sürür.
Məmur özbaşınalığı artsa da, cəzasızlıq mühiti də bir o qədər onlara at oynatmağa meydan verir.
Sakinlər bildirirlər ki, bir müddət öncə rayondaxili yolların təmiri və yeni asfalt çəkilməsi üçün Lerik rayonuna dövlət büdcəsindən 1.200 000 (bir milyon iki yüz min) manat vəsaiti ayrılıb.
Onların sözlərinə görə, ayrılmış bu pulun Rayon İcra Hakimiyyətinin başçısı və Yol İstismar İdarəsinin müdiri Elxan Əliyev tərəfindən necə və hansı yollarla mənimsənildiyi məlum deyil.
Sakinlər deyirlər ki, rayondaxili yollar olduqca bərbad vəziyyətdədir. Ayrılmış vəsait yollara xərlənmədiyi üçün belə bir mənzərə yaranıb.
Leriklilər hər dəfə yaranmış çala-çuxura düşəndə, bu yolu bu hala salanlardan gileylənir, eyni zamanda, ölkə rəhbərliyindən yerli məmurlara qarşı tədbir görülməsini istəyirlər.
Sakinlər deyirlər ki, ölkə rəhbərliyi rayon rəhbərinin təqdimatına əsasən Elxan eks-prezident Əliyevi Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Heydər Əliyev medalı " ilə təltif edib, çünki ona yanlış məlumat və təqdimat verilib. Halbuki adıçəkilən məmur baş verən korrupsiya pozuntularına görə sorğulanmalı idi.
"Görünür, yollara ayrılmış pulun mənimsənilməsi icra başçısı Əkbır Abbasovu narahat etmir. Çox güman, onun da bu məsələdə maraqları təmin olunub. Budur, leriklilərin dərdi və onları dövlətdən narazı salan məmurlar və onların yaratdığı özbaşınalıq mühiti. Biz ölkə rəhbərliyindən bu məsələtə rekasiya verməsini xahiş edirik", - sakinlər bildiriblər.