SÜNİ BALIQ GÖLLƏRİNİN QANUNSUZ FƏALİYYƏTİ VƏ YARADILAN MÖVCUD PROBLEMLƏR - ARAŞDIRMA/FOTO

15-04-2024, 12:48           
SÜNİ BALIQ GÖLLƏRİNİN QANUNSUZ FƏALİYYƏTİ VƏ YARADILAN MÖVCUD PROBLEMLƏR - ARAŞDIRMA/FOTO
Bu dəfəki mövzumuz, süni göllərin fəaliyyəti və necə yaranmasından olacaq.

Ekologiya.az bu barədə mühüm araşdırma aparmağı nəzərdə tutub.

Əvvəla bildirək ki, süni göllərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, o cümlədən dövlət fonduna daxil qış otlaq sahələrində yaradılıb. Aparılan monitorinqlər zamanı balıq göllərinin əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında yaradıldığı və qanunsuz fəaliyyətdə olması məlum olub. Buna səbəb də yerli icra orqanlarının iştahasının daha çox olmasıdır desək yanılmarıq.

Süni balıq gölü yaradılması üçün torpaq ayrılması barədə müraciətlərdən də məlum olur ki, fəaliyyəti qanuni olan şirkətlərdən çox fərdi şəxslər süni balıq yetişdirilməsində çox maraqlıdır. Daha çox qazanmaq üçün qanunla çalışmağa üstünlük verməyən bu şəxslər tanışlıq və pul hesabına yerli icra rəhbərlərinin nümayəndələri ilə münasib sövdələşmələr apararaq niyyətlərinə çatırlar. Bu səbəbdən də regionlarda hələ də yüzlərlə sünü balıq gölləri qanunsuz olaraq fəaliyyət göstərir.

Bu barədə ETSN-nin regional idarələrinin əməkdaşları tərəfindən dəfələrlə marifləndirici söhbətləşmələrinə, məcburi göstərişlərinə və çərimə etməklərinə baxmayaraq qanunsuz balıq göllərinin sahibləri olanları görməzdən gəlməkdədirlər. Bu da problemlərin aradan qalxmasın ləngidir desək yanılmarıq.

Regionlarda daha çox yaradılan süni balıq göllərinin əgsəriyyəti sənədsiz və qanunsuz fəaliyyətdədir deyən eksperlər də bildirir ki, "yaradılıan süni göllərdə balıqçılıq təsərrüfatı kimi qanunla fəaliyyət göstərməsinə ETSN tərəfindən hec bir maneə yoxdur. Bəs onda nədən sənətsiz süni balıq gölləri günü, gündən çoxalır və qanunsuz fəaliyyət göstərir, dövlətin torpağından suyundan istifadə edilir, üstəlik vergidən və sosial hüquqdan yayınırlar. Bütün bunları qanuniləşdirmək elə də müşkül iş deyil. Sadəcə yerli icra orqanları diqqətli olmalıdırlar...."

Ekologiya.az olaraq sözügedən məsələnin araşdırılması üçün əməkdaşlarımız regionlara ezam olunub. İlkin araşdırılmada bir çox qanunsuzluqlar və regionlarda yerli sakinlərin şikayətləri yer almaqdadır. Yerli sakinlər əsasən süni balıq göllərinə verilən su ilə bağlı narazı olduqlarını dilə gətirir. Bildirilir ki, əkin sahələri süni balıq göllərinin ucbatından həftələrlə susuz qalır. Yaranan bu problemin aradan qaldırılmasına nə icra orqanları nədə ki, digər qurumlar maraqlıdır.

QEYD:

Balıqlar süni şəraitdə yetişdirilməsi broyler balıqlar hesab edilir. Çünki bu balıqlar təbii qidalarla qidalanmır. Bu səbəbdən də qanunsuz fəaliyyətlə daha ucuz başa gələn broyler balıqlar əhalinin sağlığı üçün daha çox təhlükəli hesab edilə bilər. Əziz oxucular bu istiqamətlərdə aparılan araşdırmalarımız və videosujetləri araşdırmalardan sonra həm yazılı həm də video olaraq yayımını təqdim edəcəyik. Bizi izləyin!















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.