Akademik oğru – Məhərrəmov Nabranda yeni istirahət mərkəzi tikir
25-06-2024, 00:10
Bu günlərdə oxudum ki, rusiyalı və amerikalı iki kimyaçı alim “sülhün kimyəvi formulu”nu axtarır. Praktiki elmin iddiasına bax, sülhün kimyəvi formulu! Bu, necə mümkün olacaq, özləri bilər.
Amma bu gün məlumat əldə etdim ki, bizim kimyagər Abel Məhərrəmov hazırda Nabranda, çox böyük bir ərazidə istirahət mərkəzi tikir.
Öz-özümə sual etdim, axı Məhərrəmovun Nabranda 200 hektar ərazidə “El Faro” adlı istirahət mərkəzi var, yenisi nəyinə lazımdır? Pul çoxdur, lap çoxdur, 19 il ərzində Bakı Dövlət Universitetini maddi və mənəvi təcavüzün ştatlı yataqxanasına çevirən kimyagər Məhərrəmov başqa nə etməlidir ki!?
Məsələ bundadır ki, A.Məhərrəmov bu qədər pulu Azərbaycan təhsilinin talanması hesabına əldə edib, BDU-nu talayıb, elmə kələk gəlib, ermənilərin Qarabağa münasibəti necə olubsa, onun da təhsil müəssisəsinə münasibəti eyni cür olub. 2018-ci ildə BDU-nun rektoru vəzifəsindən azad edilən Məhərrəmov hər il nəsə tikir, bu tikdiklərinin içərisində bir dənə də olsun təhsil ocağı yoxdur, qızının əsas gəlir mənbəyinə çevirdiyi “Qlobus” uşaq bağçasından başqa! Orada da bir uşaq üçün aylıq 500 manat pul tələb olunur. Adam sırf pul qazanır. Qızlarının birinin adına Nabranda istirahət mərkəzi, digərinin adına bağça, oğlu Anar Məhərrəmov da Estoniyada səfir! Şərab alverçisi! Özü də “İzabella” və “Mona Liza” şadlıq saraylarını idarə edir. Bu iki restoranın qiyməti 50 milyon manatdır. Alim acından ölməməlidir, amma alim bu qədər də acgöz olmamalıdır. Alimə, elmə bax, a kişi!
Azərbaycan xalqının başına gələn bütün fəlakətlərin kökündə təhsildəki rüşvət və korrupsiya dayanır. Təsadüfi deyil ki, bu gün ölkədə cinayətkarlıq, narkomaniya ən pik həddə çatıb və bu neqativ hal həndəsi silsilə ilə artmaqdadır.
Əsas odur ki, A.Məhərrrəmovun hazırda Nabranda tikdirdiyi yeni istirahət mərkəzində də “nikah kağızı” tələb olunmayacaq.
Heç kəs A.Məhərrəmovun əlindəkiləri alıb büdcəyə qaytarmır. Təəssüf ki, ölkədə hər kəsin başı öz vəzifəsini, biznesini qorumağa və pul qazanmağa qarışıb. Buna görə də Məhərrəmovun oğurladıqlarını əlindən almaq müşkül məsələdir, Qarabağı ermənilərdən almaq qədər müşkül… Restoranlarının, obyektlərinin hər birinə bir şəhər – Vətən kimi yanaşan bu adamdan oğurladıqlarını, işğal etdiklərini almaqmı olar?
Samir Feyruzov
nuh.az
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
TEREF