Evinin hasarı olmadığından qonşusunun heyvanı həyətinə girdi, sosial yardım verilmədi - BEYLƏQAN SAKİNİ NAZİRLİYİ İTTİHAM EDİR / FOTO

25-06-2024, 12:44           
Evinin hasarı olmadığından qonşusunun heyvanı həyətinə girdi, sosial yardım verilmədi - BEYLƏQAN SAKİNİ NAZİRLİYİ İTTİHAM EDİR / FOTO
Beyləqan rayonu, Aşkalar kənd sakini Qarayev Elşən Dayandur oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onun evinə baxış keçirən zaman qonşuya məxsus heyvana görə ona imtina cavabı veriblər:

“Mən, Qarayev Elşən Dayandur oğlu, bildirirəm ki, sosial yardım almaq üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. İlk dəfə müraciət edəndə imtina cavabı verdilər. Daha sonra yenidən müraciət etdim. Adıma heç bir mal-mülk yoxdur. Torpağa görə də 8 aydır vergi ödəyirəm. Yaşayışım, evim göz qabağındadır.

May ayının 20-dən gəlib baxış keçirməlidirlər, hələ də gələn yoxdur. Nazirliyin 142 "qaynar xətti"nə zəng vurdum, dedilər ki, səbrli ol.

Evimin hasarı yoxdur, bu səbəbdən də qonşunun mal-qarası bəzən həyətə keçir. Bu, imtina üçün səbəb olmamalıdır. Bunun adı ancaq "kasıba sosial yardım vermirəm" deməkdir. Heyvan saxlayan adamın həyətində onlar üçün yeri də olmalıdır. Belə haqsızlıq olmaz, axı”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.