Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev verdiyi sözə hələ də əməl etməyib İDDİA

25-06-2024, 16:24           
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev verdiyi sözə hələ də əməl etməyib  İDDİA
TEREF Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini Tarverdiyev Davud Niman oğlu tərəfindən göndərilmiş şikayət məktubunu təqdim edir:
Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini Tarverdiyev Davud Niman oğlu tərəfindən

MÜRACİƏT

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev verdiyi sözə hələ də əməl etməyib. Belə ki, 04.06.2024-cü il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında keçirilən vətəndaşlarla görüşdə iştirak etdim. Rayon rəhbərliyinin qəbulunda oldum. İcra başçısı Natiq Ağayevə gənclərin ümumi və özümün işsizlik çətinliyim barəsində danışdım. Keçirilən görüş zamanı rayon rəhbərliyi N.Ağayev mənim işlə təmin olunacağıma və mənimlə əlaqə saxlanacağına söz verdi. Lakin, görüşdən artıq 1 aya yaxındır müddət keçməsinə baxmayaraq mənim işsizlik problemim həll olunmayıb və başçı verdiyi sözə hələ də əməl etməyib. Mən uzun illərdir sosial şəbəkələrdə sosial video blogerlik fəaliyyəti ilə məşğulam. Blogerlik fəaliyyətimdə isə qazancım yalnız reklamlardan ibrarətdir. Reklam çəkilişləri edərək qazanc əldə edirəm. Reklama görə müraciət edən olmadığı üçün pul qazana bilmirəm. Buna görə yoxsulluq həddində ac;nacaql; durumda yaşayıram.Ailəmizdə heç kəs işləmir.

İşsizlik problemim üçün ölkə başçısı cənab İlham Əliyevə müraciət edirəm. Artıq dərəcədə xahiş edirəm ki, bu məsələ ilə bağlı mənə kömək edəsiniz.
Tarverdiyev Davud Niman oğlu
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.