Zaur Nəsirov və Mikayıl cütlüyünün milyonları mənimsədikləri "ALATAVA" - Mikayıl: İCRA BAŞÇISININ TAPŞIRIQI İLƏ ETMİŞƏM...
28-09-2016, 14:34
Milyonları mənimsənildiyi Yasamal rayon "ALATAVA BİR" ünvanında qanunsuzluq ayaq açıb yeriməkdədir. 24 №-li Mənzil Kommunal İstismar Sahəsi rəsisi Nəsirov Zaur və əməkdaşların qeyri qanuni fəaliyyətin aktivliyi müşahidə edilməkdədir. 24 №-li MKİS rəisi Nəsirov Zaur və əməkdaşı Mikayıl dövlət büdcəsinə vurduqları zərərlərin fərqində olduqları halda, yenədə tutduqları əməldən dönmək fikrində deyillər.
Alatava ərazisində qeyri qanuni tikintilərə göz yuman rəis Z.Nəsirov və onun gizli kassiri Mikayıl milyonları bölüşdürməkdədir. Yasamal Rayon "Sovetsiki" və "Alatava" əraziləri dövlətin planlı sahələri lahiyyəsi çərçivəsinə daxil edilmişdir. Amma bütün buna baxmayaraq 24 №-li MKİS rəisi Zaur və texniki Mikayıl cütlüyü MİLYONLARI mənimsəmək məqsədi ilə "ALATAVA" ərazisin də sakinlərin qeyri-qanuni tikinti aparmasına şərait yaradaraq.
Dövlətin büdcəsinə edilən bu talançılıq siyasəti eyni ərazidə bir necə tikilinin aparılması və qanunsuz tikililərin izinsiz aparılmasına sakinlərin yaşayış sahəsini qeyri leqal, kvadrat artırılmasına şəraiti yaradan 24 №-li MKİS texniki Mikayıl adlı şəxs tutduğu vəzifəsindən rəisi ilə əlbir olaraq sui-istifadə edir. Bütün bunları öz dili ilə redaksiyamıza etiraf edən Mikayıl üstəlik İcra başçısından zəng gəldiyi üçün həmin şəxslərə göz yumduğunu iddia edib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Mehdiyev İbrahim Əsgər oğlunun adından sui-istifadə edən 24 №-li MKİS rəisi Zaur, MKİS texniki işçisi Mikayıl cütlüyü prezidentin ehtimad göstərdiyi şəxsin adından tutduqları əməllərinə don geyindirməkdədirlər.
Əhalinin Plana düşmüş "Alatava BİR" ərazisində sakinlərin köçürüləcəyi vaxta az qala 24 №-li MKİS rəisi və onun gizli kassiri Mikayılın vasitəçiliyi ilə bir mərtəbəli yaşayış mənzilləri artıq 2-3 mərtəbələrlə əvəzlənməkdə sürətlə davam etdirilir. 2015-ci ilə qədər "ALATAVA BİR"də bir mərtəbəli yaşayış evlərindən savayı qeyri mərtəbələr olmayıb. 2016-cı ilin əvvəlindən ərazinin plana düşmə xəbərindən sonra 24 №-li MKİS gizli kassiri Mikayıl artıq ərazini babasından qalan miras kimi idarə etməkdədir. Daha çox özünü icranın yerli nümayəndəsi kimi səlahiyyət sahibi sanaraq dövlətin büdcəsini talamaqdadır. Sənətsiz qeyri tikililərin sürətlənməsinə şəraitin yaradılmasında Mikayıl müəllimin razılığı ilə yalnız nail olmaq mümkündür.
Bütün bu icra başçısının adından sui-istifadə edilmələrlə bağlı icra hakimiyyətinin birinci müavini Səməd bəylə aparılan danışıqlarda baş vermiş məsələlərin tam şəkildə çatırılmış bunun başçıya hansı tərzdə deyildiyini deyə bilməsəkdə.
Güman edirik ki, Yasamal İcra Hakimiyyətinin başçısı və rayon Prakrorluğu 24 №-li MKİS rəisi və texniki işçisi olan Mikayıla bağlı qanun çərçivəsində ölçü götürəcək və bütün bu görülmüş işlərlə bağlı redaksiyamızıda məlumatlandıracaqlar.bakunews/