Cəlilabad İcra Hakimiyyətində «ÇALIB» oxyanlar qrupuda varmış
30-09-2016, 00:04
Yaşadığımız dövrdə hər cür insanlarla rastlaşırıq. Müxtәlif ağılda, müxtәlif psixologiyada, fәrqli –fәrqli insanlar…
Həllə indiyə qədər İcra Hakimiyyәtinin binasında “Xor dәrnәyi” yaradıb, ahıl yaşlarında uşaqlaşan vә cücәlәrim mahnısını oxuyan rәhbәr işçilәr görmәmişdik. Amma bunuda gördük...
Cəlilabad rayon icra hakimiyyəti əməlli başlı bardağxanaya çevrilib. Başçı Әziz Әzizov icra hakimiyyətində əməlli başlı “Özfәaliyyәt dәrnәyi” yaradıb. Burda çalan kim, oxuyan kim.
Sonolay.org xəbər verir ki, Əziz Əzizovun I müavini Vidadi Dövlətovun rəhbərliyi ilə «cücələrin instrumental» ansambıl yaradılıb. İndi hər kəs Cəlilabadda bu “özfaəliyyət” dərnəyinin çalıb- oxuyanlarının üzvlərindən danışırlar. Bildirilir ki, icra hakimiyyətinin rəsmiləri başçının qəbuluna gələn vətəndaşları «сücələrim» mahnısı ilə qəbul edib, «kuklam» uşaq mahnısı ilə yola salırlar.
Cəlilabad İcra Hakimiyyətində «ÇALIB» oxyanlar qrupuda varmışSonolay.org xəbər verir ki, bir neçə gün əvvəl belə bir mənzərənin şahidi olan KİV nümayyəndələri gördükləri mənzərəyə biganә qalmayıb Cәlilabad RİH Humanitar Mәsәlәlәr şöbəsi ilə əlaqə yaradıb maraqlanmaq istəyiblər. Şöbənin baş mәslәhәtçisi Münasib Hәsәnovla telefon әlaqәsi saxlayan jurnalistlərə Münasib Həsənovun mövqeyi birmәnalı olub: «Burda qeyri¬adi nә var ki, heç mәtbәxdә , işdә oxuyan görümәmişdiniz»? Başçının birinci müavininә Vidadi Dövlətov isə deyəsi ki, «yaxşı edib oxuyurlar, mәn tapşırmışam, jurnalist kimdir ki, mәnim işçilәrimә irad bildirә vә ya mahnı oxumağa qadağa qoya». Hətta V. Dövlətov KİV nümayyəndələrini polis çağırıb hәbs etdirәcəyi ilə də hədələyib.
Bu dəmdə Humanitar Məsələlər üzrə müavin Dürdanә Əliyeva gəlib çıxır. Allah tərəfi xanım müavin bәrk әsәblәşәrәk, işçilәrinә güclü iradlarını bildirib. Xanım müavin V. Dövlətovdan fərqli olaraq çalıb, oxuyanlara «çalıb, oxumağa yer tapmırsınız, gedin başqa yerdə ÇALIN oxuyun» deyərək onları danlayıb.
Bu da Cəlilabad rayon İcra Hakimiyyətində analoqu olmayan «ÇALIĞI»ansanbılı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.