Xocavənd Rayon Polis Şöbəsinə rəis polis polkovnik leytenantı Hüseynov Yadigar "parlaq fermerlik biznes fəaliyyəti" aşkarlandı...
9-11-2016, 03:01

Elektron poçt ünvanımıza ilginc məlumat daxil olub. Daxil olmuş məlumatı olduğu kimi Sizə təqdim edirik. Xocavənd Rayonun yeni təyin olunmuş polis rəisi DİN-nin ona verdiyi nəvacibdən narazı qaldığından əlavə gəlir mənbəyi kimi çox zaman keçməmiş özünə Beyləqan Rayon ərazisində yaxınlıqda yerləşən kəndində fermer təsarrüfatı yaratmışdır 500 çox iri və xırda buynuzlu heyvanları saxlanması aşkar olundu. Deyilənə görə bu biznesin inkişafinda Xocavənd Rayon İcra hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynovun polis rəisinə boyük köməyi olmuş ,hətta bildirilir ki, fermada icra başçısının şəxsi heyvanları da saxlanılır. Düzdür, azərbaycanda qoyunçuluğun inkişafı qədim tarixə malikdir. Qoyunçuluq gəlirli sahə olduğuna görə və az zəhmət tələb etdiyinə görə ölkəmizin bütün bölgələrində yetişdirilir. Qoyun əti yüksək kaloriyə malik olduğuna görə əhali arasında qoyun əti çox həvəslə yeyilir. Onun piyindən və südündən ərzaq məhsulu kimi istifadə olunur. Qoyunlardan gön-dəri, xəz, kürk və s. məhsullarda əldə edilir. Beləliklə, istehsal olunan məhsulun növ müxtəlifliyinə görə kənd təsərrüfatı heyvanları içərisində qoyunlar birinci yer tutur. Görünür ki, polis rəisi bu qədim adət ənənəni qoruyub saxlamaqda daha çox arzusundadır. Bundan başqa, DİN-I tərəfindən Xocəvənd Rayon Polis Şöbəsinə rəis vəzifəsinə təyin olunmuş polis polkovnik leytenantı Hüseynov Yadigar Hüsən oğlunun bu parlaq biznesi qısa müddət ərzində əkin biçin üçün də vaxt ayırmağa şərait yaratmışdır. Əldə etdiyi gəlirlədən isə deyilənlərə görə bir qismi Rayon icra hakimiyyəti başçısına ,yerdə qalanı isə öz DİN-nin rəhbərliyinə ara bir “pay-puş “ la xidmət edir. Görünür ki, Xocavənd Rayon İcra hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynovun dəstəyi və tərifi boşa keçməyib. Öz çıxışlarından birində Rayon İcra hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov polis rəisi vəzifəsinə yeni təyin olunmuş polis polkovnik leytenantı Hüseynov Yadigar Hüsən oğlunu fəaliyyətini Ulu Öndər Heydər Əliyevin adı ilə bağlamışdır. Rayon İcra başçısı day hardan bilərdiki polis rəisi bu ağzı dolu dəsdəkdən və təriflərdən sonra dövlətin siyasətini məhz şəxsi əlavə şəxsi gəlirlər üçün fermerliklə bağlayacaqdır. Rayon İcra hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov görəsən polis rəisinin bu fəaliyyətini Ulu Öndər Heydər Əliyevin adı ilə bağlamışdır? İnanmırıq ki, rayon icra hakimiyyəti başçısı cənab Eyvaz Hüseynovun və DİN –nin rəhbərliyin bu polis rəisinin parlaq fermer biznesindən xəbəri vardır. Xatırladaq ki, 19 mart 2015-ci il tarixdə Xocavənd Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş polis polkovnik leytenantı Hüseynov Yadigar Hüsən oğlunun təqdim olunma mərasimi keçirilmişdir.Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək rəisi təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır. Başçı bildirmişdir ki, daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi, intizamın güclənməsi, mənəvi -psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın və təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir. İnanmırıq ki, rayon icra hakimiyyəti başçısı cənab Eyvaz Hüseynovun və DİN –nin rəhbərliyin bu polis rəisinin parlaq fermer biznesindən xəbəri vardır. Görəsən Xocavənd Rayon İcra Hakimiyyətini başçısı cənab Eyvaz Hüseynovun buna münasibətini bildirəcəkmi? Görəsən 19 mart 2015-ci il tarixdə Xocavənd Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş polis polkovnik leytenantı Hüseynov Yadigar Hüsən oğlunun bu yarıtmaz və DİN-nin fəaliyyətinə ləkə yaxan hərəkətləri ilə bağlı xidməti araşdırma aparılmasına göstəriş verəcəkmi? gundelik baki com/
Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
teref.az