Tovuz sakini Heydər Əliyevin məzarına şikayət məktubu yazdı
9-11-2016, 15:33

teref.az-nun redaksiyasına gələn bu şikayət məktubunun vergülünə nöqtəsinə əl dəymədən oxuculara təqdim edirik:
Hörmətli Redaksiya!
Bu məktubu yazmaqda məqsədim nə özümün alçalmağımı nə də xeyli miqdarda borca düşməyimi işıqlandırmaq deyil. Əsas məqsədim adlarını qeyd edecəyim məmurların Ulu Öndərimizin Ruhuna hörmətsizliklərini göstərməkdir.
Belə ki, 22 may 2014-cü il tarixdə güclü yağan yağış nəticəsində mənim əkinim və bağım tamamı ilə məhv oldu yaşadığım ev isə yararsız hala düçdü. Xeyli əziyyətdən sonra nəhayət 25 sentyabr 2014-cü il tarixdə Şəmkir şəhərində FHN-iri cənab Kəmaləddin Heydarovun şəxsən özünün qəbulunda oldum. O, da köməklik edilməsi barədə söz verdi və göstəriş verdi. Onların dediyi kimi mütəxəssizlər fərdi yaşayış evinizə texniki baxış keçirmiş və 27 sentyabr 2014-cü il tarixdə müvafiq akt tərtib etmişlər. Bu günə qədər 30-dan çox göndərdiyim məktub və teleqramlara onların bir cavabı var “həmin akta əsasən eviniz-bərpa gücləndirməyə ehtiyacı olan evlər siyahasına daxil edilmişdir. Bununla əlaqədər müvafiq tədbirlər görüləcəkdir.
Mən 1 ildən sonra bunlara arxayın düşüb Uni Bankdan 1500 dollar kredit götürüb evimi birtəhər yaşayış halına saldım. Məlum devalivasiyadan sonra artıq Banknan mənim aramda ödəyə bilmədiyim üçün konfilink yarandı. Bu səbəbdən məcbur olub Ulu Öndərimizin Ruhundan kömək istədim. Axırıncı 11.10.2016-cı il tarixdə göndərdiyim (SS346765649AZ) nömrəli məktubu olduğu kimi dərc edirəm.
Unudulmaz Şəxsiyyət, Dahi Rəhbərimiz, Ulu Öndər
Həeydər Əliyevin məzarına
Tovuz rayon Bayramlı kənd sakini Abdullayev
Münasib Yusif oğlundan
Əziz Babamız! Siz hər bir sadə Azərbaycanlının qəlbində yaşayırsınız və yaşayacaqsınız. Həmçinin hər kəs sizin ruhunuza hörmətlər bəsləyir. Çox təssüf ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Rəisi və müavinləri: Elxan Əsədov və Təyyar Hüseynli Sizin Ruhunuza hörmətsizlik etdilər. Belə ki, 27.07.2016-cı il tarixdə məcbur qalıb SS332754805AZ nömrəli məktubla dərdimi Sizin Ruhunuza söylədim. Bu əmək daşlardan yenədə müsbət cavcab gəlmədi. Onların bu hərəkəti barədə 31.08.2016-cı il tarixdə 0001583344 nömrəli teleqramla Prezident Admnistrasiyasıyasına teleqram göndərdim. Əziz Babamız! Mən məcbur qalıb Sizin Ruhunuzu narahat etmişəm və nəticəsi barədə məlumat verməyə borcluyam.
Allah Sizə rəhmət etsin! Torpağınız Cənnət olsun!
İmza:_______Abdullayev Münasib
teref.az olaraq qarşı təfəin fikirlərinə yer verməyə hazırıq!
teref.az