Göyçayda səlahiyyətli məmurların saxtakarlıqları - ŞİKAYƏT

10-11-2016, 12:25           
Göyçayda səlahiyyətli məmurların saxtakarlıqları - ŞİKAYƏT
teref.az-nun poçtuna Göyçay rayonundan şikayət məktubu daxil olub. Şikayətçi məktubunda yazır:
Göyçay rayonu Qızılağac kənd sakini Şirinova Tükəzban Salman qızı tərəfindən


ŞİKAYƏT ƏRİZƏSİ



Göyçay rayon İcra Şöbəsinin rəisi İlqar Abdurrahmanov və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ucar şöbəsinin müdiri Pəhləvan Gülaəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Göyçay rayon məhkəməsinin 23 may 2016-cıil tarixli 2(046)-37/2016 nömrəli qətnaməsini qəsdən icra etmirlər.Saxtakarlıq edib bizə məxsus torpaq sahəsini başqasının kimi göstəriblər.Bu cinayətkarların əməllərindən cammat çox əziyyət çəkir.

Həmin iş üzrə cavabdeh Mahmudov Gündüz Ağaəli oğlundan rüşvət alıb süründürməçilik yaradıb sənədləri saxtalaşdırıblar.Məqsəd isə cavabdeh Gündüz Mahmudovun həmin zəbt etdiyi torpaq sahəsindəki meyvələri yığıb satmasına şərait yaratmaqdır.Çünki Gündüz Mahmudov həmin yerdəki meyvələrdən hər il küllü miqdarda qazanc əldə edir.

Göyçay rayon məhkəməsinin 23 may 2016-cı il tarixli qətnaməsi ilə iddiam qismən təmin edilmiş, torpağa mülkiyyət hüququna JN-002 KOD 40808018 saylı dövlət aktına əsasən mənim və ailə üzvülərimin ümumi-birgə mülkiyyətimizdə olan 5,40 hektar pay torpaq sahəmizin 1.32 ha hissəsindən cavabdeh Mahmudov Gündüz Ağəli oöğlunun çıxarılması və həmin torpaq sahəsinə daxil olmasına son qoyulması qət edilmişdir.

Göyçay rayon məhkəməsinin həmin qətnaməsi qanunu qüvvəsini alıb icraya yönəlmiş, ancaq qeyd etdiyim kimi dövlət idarəsini kolxoz bazarına döndərmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ucar şöbəsinin müdiri Pəhləvan Gülaəliyev və Göyçay rayon icra şöbəsinin rəisi İlqar Abdurrahmanov rüşvət alaraq həmin qətnaməni qəsdən icra etmir, müxtəlif bəhanələrlə saxtakarlıqlar etməyə çalışır.Həmin pay torpağını mərhum prezidentimiz Heydər Əliyevin imzası ilə bizim ailəyə veriblər.Cavabdeh Gündüz Mahmudov həyat yoldaşım öləndən sonra həmin qanunu torpağımızı zəbt edib üzərindəki ağaclarının meyvəsini hər il satıb küllü miqdarda qazanc əldə edir.Ortada qanunu qüvvəyə minib icraya yönəlmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq cavabdeh yenədə zəbt etdiyi bizə məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə edir ki, bunun bütün məsuliyyəti tam olaraq korrupsiyaya qurşanmış Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ucar şöbəsinin müdiri Pəhləvan Gülaəliyev və icra şöbəsinin rəisi İlqar Abdurrəhmanovun üzərinə düşür.

Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ucar şöbəsinin müdiri Pəhləvan Gülaəliyevin və İlqar Abdurrahmanovun saxta əməlləri nəticəsində Konstitusiyanın müddəaları pozulmuş qanunlarımız hörmətsiz olmuşdur.Bu korrupsioner İlqar Abdurrahmanov vəzifələrini dövlət qanunları ilə yox öz qaydaları ilə icra edirlər.Cavabdeh Gündüz Mahmudov bizə açıq aşkar qorxmadan dedi ki, nə qanun var nədə ki. dövlət mən qanunları pulla alıram, özünüzü öldürsənizdə xeyri yoxdur.

Mənim 74 yaşım var dövlət qanunlarını daima ali tutmuşam. Azərbaycan Respublikasının Konstitusiyası qoca-cavan hər bir vətəndaş üçün müqəddəs sayılmalıdır. Ancaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ucar şöbəsinin müdiri Pəhləvan Gülaəliyev və Göyçay rayon İcra şöbəsinin rəisi İlqar Abdurrahmanov Azərbaycan Respublikasının Konstitusiyasını öz şəxsi maddi maraqlarına qurban verərərk cinayət əməlləri ilə məşğul olurlar. İşinin öhdəsindən gələ bilməyən korrupsiyaya qurşanmış Pəhləvan Güləliyev və İlqar Abdurraxmanov dövlət idarəsini kolxoz bazarına döndərib.

İki dəfə Zərdab və Sabirabad rayonlarında Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qəbulunda olub bu saxtakarlıqlar barədə ona məlumat vermişəm sənədlər və ərizə təqdim etmişəm.Ancaq heç bir tədbir görülməyib.Buna görə də əlacım kəsilib deyə mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm bu saxtakarlıq barədə sizə göndərdiyim şikayət ərizəmi obyektiv araşdırıb Göyçay rayon məhkəməsinin 23 may 2016-cı il tarixli qətnaməsini icra edilməsinə tapşırıq verəsiniz və vəzifə səlahiyyətlərindən sui-istifadə edib süründürməçilik, saxtakarlıq edən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ucar şöbəsinin müdiri Pəhləvan Gülaəliyevin və Göyçay rayon İcra Şöbəsinin rəisi İlqar Abdurrahmanovun barəsində ciddi tədbirlər görəsiniz.
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.