Abdolbarı Goozal uşaq əməyini istismar edir

12-11-2016, 01:20           
Abdolbarı Goozal uşaq əməyini istismar edir
Azərbaycaınn qida sektorunda inhisarçı mövqeyə sahib “Azersun Holdinq” uşaq əməyini istismar edir. Daha əvvəlllər də mətbuatda işıqlandırılmasına baxmayaraq “Azersun Holdinq” İmişlidə hələ də uşaqları qul kimi çalışdırmaqdadır.

Xatırladaq ki, təqribən iki həftə əvvəl sputnik.az saytı xəbər vermişdi ki, təhsil ilinin başlanğıcından İmişli rayonunun Aranlı kənd orta məktəbinin yuxarı sinif şagirdləri bir dəfədə olsun məktəbə getməyiblər. Təhsildən yayınan uşaqlar “Azersun Holdinq”ə daxil olan “Natural Green Land” aqrosənaye şirkətinin nar bağlarında məhsul toplayırlar. Həmin faktı 2 saylı Aranlı orta məktəbinin direktoru Malik Qəhrəamanlı da bu faktı təsdiq etsmişdi. Məktəb direktoru sputnik.az saytına verdiyi açıqlamada bildirmişdi ki, bu hal kütləvi xarakter daşımır və əsasən kasıb ailələrin uşaqları ailələrinə kömək məqsədi ilə “Natural Green Land” aqrosənaye şirkətinin nar bağlarında çalışırlar.

Qeyd edək ki, uşaq əməyinin istismar olunması beynəlxalq qanunlarla, həmçinin Azərbaycan qanuvericiliyi ilə yasaqlanıb. Xatırladaq ki, 2011-ci ildə Özbəkistan prezidenti İslam Kərimovanın qızının pambıq sahələrində pambıq yığan məktəbli uşaqlar haqqında məlumat beynəlxalq qalmaqala səbəb olmuşdu. Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları bir müddət əvvəl dünyasını dəyişən Özbəkistan prezidenti İslam Kərimovun qızına qarşı kampaniyaya başlamış və nəticədə Gülnarə Kərimovanın “Guli” markası Nyu-Yorkda keçirilən moda günlərində nümayiş olunması yasaqlanmışdı. Qərb mətbuatı isə Gülnarə Kərimovanı “mafioz prinsessa” damğası ilə damğalamışdı.

AzMedia.info-nun əldə etdiyi məlumata görə “Azersun Holdinq” uşaq əməyini istismar etməsi və uşaqları 10-12 saat tarlalarda çalışdırması heç də yeni bir şey deyil. Hal-hazırda “Azersun Holdinq” tərəfindən İmişlidə, Astara və Lənkəranda yenə də uşaq əməyi istismar olunmaqdadır. Həm də məsələ tək uşaq əməyinin istimarı ilə bağlı deyil. Məsələ orasındadır ki, “Azersun Holdinq”də demək olar ki, Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”ndən irəli gələn qayda və şərtlərə qətiyyən riayyət olunmur. Holdinqin istehsal müəssisələrində çalışan fəhlələr minimum 12 saata qədər məcburi şəkildə çalışdırılırlar. İşçilərə buna görə qanunvericilikdə nəzərdə tutulan iki qat əmək haqqı ödəməsindən isə danışmaq olmaz. Əmək Məcəlləsinin bu maddəsini ağzına alan işçi anında işdən qovulur. İşə olan tələabatın böyük olduğuun bilən “Azersun Holdinq” rəhbərliyi çəkinmədən bu addımı atır. Çünki boş işçi yerlərini doldurmaq üçün heç bir problemlə üzləşmir. Fəhlələrə isə minimum səviyyədə əmək haqqı verilir. Misal üçün “Azersun Holdinq”in istehsal müəssisələrində çalışan işçilər 180-250 manat civarında maaş alırlar. Bu cüzi maaşınqarşısında isə işçilər maksimum şəkildə istismar olunurlar. Bu qanunsuzluğa və ədalətsizliyə etiraz etmək isə faktiki olaraq mümkün deyil. Çünki ölkədə iş axtaranlar həddindən artıq çoxdur. Bu vəziyyətdən faydalanan “Azersun Holdinq”in rəhbərliyi isə demək olar ki, istehsal müəssisələrində dözülməz iş şərait yaradıb. Cüzi maaşla işçiləri 10-12 saat işlədən holdinq rəhbərliyi eyni zamanda böyük əksəriyyət işçilərin heç bir sosial haqqını da tanımaq istəmir.

Ucuz işçi qüvvəsindən qul əməyi səviyəsində istifadə edən “Azersun Holdinq”in rəhbərliyi eyni zamanda ölkədə lüzumsuz yerə qida məhsullarının qiymətini qaldırmaqla da ad çıxarıb. Təkcə onu demək kifayətdir ki, “Azersun Holdinq”in məhsulları son bir ildə digər şirkətlərin məhsullaırna nisbətən daha çox qalxıb. Qeyd edək ki, “Azersun Holdinq”in prezidenti Abdolbarı Goozal qiymət artımını əsaslandırmaq üçün dolların qiymətinin artımasını əsas gətirərək holdinqin gəlirlərinin həddindən artıq aşağı düşdüyünü bildirmişdi. Bundan bir neçə gün sonra isə “Marja.az” saytı Azərsun Holdinq” MMC və onun törəmə müəssisələrinin Konsolidə edilmiş maliyyə hesabatlarına əsaslanaraq məlumat yaymışdı ki, 2015-ci ildə holdinqin cəmi gəlirləri 309 milyon 528 min 712 manat təşkil edib. Bu məbləğ 2014-cü illə müqayisədə təxminən 9,5 milyon manat çox idi. Holdinq 2014-cü ildə 300 milyon 17 min 539 manat cəmi gəlir əldə etmişdi. Ötən il isə “Azersun Holdinq”in təmiz gəliri 11 milyon manat olmuşdu. Bu fakt bir daha onu göstərdi ki, qiymətləri artıqmaq üçün “Azersun Holdinq”in prezidenti Abdolbarı Goozalın heç bir iqtisadi əsası olmayıb. Və bu fakt bir daha onu isbat etdi ki, faktiki olaraq Azərbaycan vətəndaşlarının, o cümlədən azyaşlı uşaqların əməyini amansızlıqla istismar edən Abdolbarı Goozal Azərbaycan qanunlarına sayğısızlıq nümayiş etdirdiyi kimi, qiymətləri qaldırmaqla haqqsız və əsassız olaraq Azərbaycan vətəndaşlarının cibinə girməkdən də çəkinmr.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq.

AzMedia.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.