Bərdədə BİABIRÇILIQ: İcra hakimiyyətində qarşıdurma yaradan İlham Məmmədov neçə ifşa edildi?
15-11-2016, 21:54
Son günlər Bərdə rayon icra hakimiyyəti ilə bağlı xoşagəlməz məlumatlar yayımlanır.
Belə ki, sözügedən rayon rəhbərliyi və köməkçiləri haqda məlumatlar bir daha məsələnin ciddiliyindən xəbər verdi. Dosye.az-ın araşdırmalarına görə icra hakimiyyətin daxilində münaqişə yaradan şəxs heç də sıradan birisi deyil. Əldə etdiyimiz dəqiq məlumatlara görə həmən şəxs Vidadi İsayevə yaxınlığı ilə seçilən və etibarlı sayılan məmur Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məmmədov İlham Telman oğludur.
Etiraf edək ki, bir zamanlar qati muxalifətçilərin sevimlisinə çevrilən İlham Məmmədov rayonda bu cür ajotaj yaratmaqla bir daha zöünü sübüt etdi. Əslində muxalifət meyilli məmurlarımız istənilən an icra başçıları üçün təhlükə mənbəyidir. Nəzərinizə çatdırmaq istəyirik ki, ölkə mətbuatında Bərdə RİH-nin başçısı vidadi İsayevin köməçisi vəzifəsində işləmiş Zaur Bəylərovu mətbuatda “vurmaq” üçün mediadan istifadə edilir. Bu istiqamətdə araşdırmalarımız davam edir...
Növbəti yazılarımızda Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədovun bu və ya digər neqativ əməlləri barədə məlumat veriləcək.