Qazax icra başçısın xanım müavininin disertasiyası saxtadır? FOTOFAKT
17-11-2016, 21:27

teref.az - nun poçtuna ilginc sənədlər daxil olub. Sənədləri oxuculara təqdim etməmişdən əvvəl bu sənədləri göndərən mənbənin yazısını sizə təqdim etmək istəyirik:
Hörmətli redaksiya sizə göndərdiyimiz bu namizədlik işinin titul vərəqidir.Hansı ki, Qazax icra hakimiyyətinin müavini Gülayə Həsənovaya məxsusdur. Bu sənədə görə güya Qazax icra başçısnın müavini Gülayə Həsənova Moskva şəhərində geofizika üzrə namizədlik disertasiyası müdafiə edib. Gülayə Həsənova müdafiə etdiyi haqda 1990 il 17 sentyabr -da bu müdafiə haqda sənıd alıb. Mənbə yazır ki, rus dilində əməlli başlı danışa bilməyən bu xanım görəsən bu disertasiyasını necə və hansı dildə müdafiə edib? Yaxşı tutaqki nəyinsə hesabına müdafiə edib, göndərdiyim sənədlərə diqqətlə baxın və o sənədi təsdiq edən o möhürdə nəsə oxuya bilirsiniz? Oxuya bilməzsiniz çünki bu sənəd saxtadır. Bu müdafiə də saxtadır. Saxta olmasının ən əsas sübutunu mən sizə göndərirəm.Titul listinin möhürünə baxın. 1990-ıncı illərin o qarmaqarış vaxtında bu xanım siz gördüyünüz disertasiyanı saxta yollarla əldə edib. Bu saxta müdafiə ilə o dövlətdən 24 il namizədlik maaşı alıb.
Fizulu Məmmədov
teref.az olaraq Qazax icra başçısının müavini olan Gülayə Həsənovaya dəfələrlə ulaşmaq istəsəkdə buna nail ola bilmədik. Gülayə xanımın bu məsələ ilə bağlı fikirlərini dinləməyə hazırıq!
teref.az

