Zakir Fərəcovun əsas adamı həbs olunur... (ŞOK TƏFƏRRÜAT)

22-11-2016, 07:57           
Zakir Fərəcovun əsas adamı həbs olunur... (ŞOK TƏFƏRRÜAT)
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əsas adamlarından olan Fəzail Hüseynov həbs oluna bilər. Bu barədə hüquq mühafizə orqanlarına yaxın olan mənbələrdən AzToday.az-a məlumat daxil olub.
Məlumatda bildirilir ki, Sumqayıt şəhərində görülən tikinti-abadlıq işləri aparan məşhur iş admı Müqayis Verdiyev başda olmaqla başqa 3 sahibkar istintaqa verdiyi ifadəsində Fəzail Hüseynovun özbaşınalıqlarından və maxinasiyalarını ifşa ediblər. 30 min manatlıq mənimsəmədə ittiham olunan Müqayis Verdiyev və sözügedən başqa 3 iş adamı ifadələrində Sumqayıtda görülən tikinti-abadlıq işlərində həayata keçirilən maliyyə əməliyyatlaı ilə yanaşı Zakir Fərəcovun etibar etdiyi Fəzail Hüseynovun onlardan nə tləb etdiyi barədə ifadə verdiyi bildirilir.
Yeri gəlmişkən qeyd edək ki, Sumqayıtda tikinti təmir işləri işləri aparan iş adamları ilə bağlı mətbuatda yayılan məlumatlarda Fəzail Hüseynov və İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin aparıcı mühəndisi Adil Xudadatovun tikinti şirkətlərindən öz şəxsi şəxsi məqsədləri üçün yararlandığı barədə çeşidili məlumatlar dərc olunub. Həmin məlumatlarda qeyd olunurdu ki, Zakir Fərəcovun kadrı olan adıçəkilən iki şəxs sözügedən iş adamlarına şəxşi işlərini gördürüb. Belə ki, məlumatlarda Fəzail Hüseynovun Müqayis Verdiyevin hesabına xaricdə istirahət etməsi və İlham adlı iş adamının hesabına isə Mərdəkanda dünyada tayı-bərabəri olmayan malikanəsinin həyətində 70 min manatlıq iş gördürməsi əksini tapıb. Və iş adamlarının pullarınının hələ də qaytarmadığı bildirilir. Buütün bunlardan zakir Fərəcovun xəbəri olub-olmadığını demək çətin olsa da görünən odur ki, Sumqayıtda tikinti işlərinə məsul olan Fəzail Hüseynov əməlli başlı "Akif Çovdarovluq" edib.
Mətbuatda həmçinin Fəzail Hüseynov memarlıq və tkinti şöbəsinin müdiri vəzifəsindən əvvəl Zakir Fərəcovun obyektlərdən və tikinti şirkətlərindən pul yığan əsas adamı kimi də təqdim olunub.
AzToday.az-a çatan məlumatlarda iddia olunur ki, hazırda Sumqayıtda görülən bütün tikinti işləri Fəzail Hüseynov və Adil Xudadadatovun nəzarətindədir. Onlardan xəbərsiz Sumqayıtda daı-daş üstə qoymaq belə mümkün deyil.
Xatırladaq ki, sentyabrın 28-də Sumqayıtda baş vermiş fəhlə ölümü ilə baölı hadisə də bu iki nəfərin məsuliyyetsizliyi nəticəsində baş verib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) də məlumat yaymışdı: Sumqayıt şəhəri ərazisində Ağsu rayon sakini İsmət Musayev və Ağcabədi rayon sakini Murad Əliyev fəhlə işlədikləri evin damında təmir işləri apararkən (beşmərtəbəli binadan) yıxılıblar. İ.Musayev hadisə yerində ölüb. Araşdırma aparılır.
Maraqlıdır ki, rəsmi məlumatda olayla bağlı heç bir xəbər verilmir. Fəhlələrin hansı şirkət tərəfindən və hansı işə cəlb olunduğu haqda da məlumat yoxdur.
Qeyd edək ki, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı ölkə rəhbərinin əlavə tədbirlər haqqında sərəncamı olmuşdu və bununla bağlı büdcədən xeyli miqdarda vəsait ayrılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.