Sabiq milli təhlükəsizlik nazirinin bacısının ərinin şirkətilə bağlı İDDİA - Belə deyirlər...

23-11-2016, 18:38           
Sabiq milli təhlükəsizlik nazirinin bacısının ərinin şirkətilə bağlı İDDİA - Belə deyirlər...
Bu gün məişət texnikası bazarında inhisarçı mövqeyə sahiblənən, əsas söz sahiblərindən birinə çevrilən şirkətlər sırasında «Optimal Electronics» Mağazalar Şəbəkəsinin xüsusi yeri var. Belə ki, adıçəkilən şirkətin paytaxtın müxtəlif ərazilərində filiallarının olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, «Optimal Electronics» Mağazalar Şəbəkəsi fəaliyyəti ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şefi Eldar Mahmudovun zamanında toxunulmaz obyek sayılırdı. Məhz Eldar Mahmudovun və hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun qorxusundan «Optimal Electronics» şirkətinə heç bir qurumun yaxın dura bilmədiyini iddia edən mənbənin bildirdiyinə görə, məhz adıçəkilən şəxslər sözügedən şirkətin himayədarı qismində çıxış edib: «Deyilənlərə görə, «Optimal Electronics» Mağazalar Şəbəkəsinin sahibi Eldar Mahmudovun və Akif Çovdarovun himayəsinə arxalandığı üçün arxayın şəkildə bildiyini edib. Belə ki, sözügedən şirkət indiyədək bir dəfə də olsun yoxlamaya məruz qalmayıb, fəaliyyətini araşdıran olmayıb. Elə buna görə də «Optimal Electronics» Mağazalar Şəbəkəsi məişət texnikası bazarında tam toxunulmazlıq əldə edib və inhisarçı mövqeyə sahiblənib». Bu arada, hazırda adıçəkilən şəbəkənin fəaliyyətilə bağlı ciddi araşdırmaların aparıldığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, «Optimal Electronics» Mağazalar Şəbəkəsinin sahibi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun bacısının əridir: «Deyilənlərə görə, sabiq nazirin bacısının əri – «Optimal Electronics» Mağazalar Şəbəkəsinin sahibi artıq həbs olunub. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, 1997-ci ildə yaradılan, ölkəmizdə «Bosch», «Toshıba», «Simfer», «Carrier», «Sınger» və «Eksen» brendlərinin rəsmi distribyutoru olan «Optimal Electronics» Mağazalar Şəbəkəsinin fəaliyyəti müştəriləri qane etmir. Belə ki, orada satılan məhsulların keyfiyyəti istehlakçıları razı salmır. Deyilənlərə görə, vətəndaşların kreditlə aldıqları məhsulların əksəriyyəti evə aparandan sonra xarab çıxır. Bu hal bir neçə müştərinin başına gəlib. Belə olan zaman sözügedən mağazanın rəhbərliyilə müştəri arasında problemlər yaşanır. Çünki rəhbərlik defekt malı dəyişmək istəmir. Təmir edərək müştəriyə qaytarmaq istəyir. Bu isə qanunsuz hesab olunur. Çünki malın defekt olması alınan günü ortalığa çıxıbsa, rəhbərlik məhsulu dəyişməlidir. Təəssüf ki, «Optimal Electronics» Mağazalar Şəbəkəsinin rəhbərliyi müxtəlif yollara baş vuraraq əksər hallarda bundan boyun qaçırmağa çalışır». Mövzu ilə bağlı əldə etdiyimiz informasiyalarda, həmçinin o da qeyd olunur ki, «Optimal Electronics» Mağazalar Şəbəkəsinin kredit şöbəsində vətəndaşlar incidilir: «Deyilənlərə görə, müştəri bir gün ödənişi gecikdirən kimi vətəndaşdan artıq pul alınır. Əslində kreditin gecikməsinə görə müqavilədə göstərilən məbləğlə onların tələb etdiyi məbləğ arasında çox fərq var. Bu, bank olmayan kredit təşkilatları haqda qanunvericiliyə, eyni zamanda vergi, maliyyə əməliyyatları haqda əsasnaməyə ziddir. Nəzərinizə çatdırım ki, bu kimi hallar «Optimal Electronics»də mütəmadi yaşansa da, adıçəkilən şirkətin rəhbərliyinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və Akif Çovdarovun himayəsində olması səbəbindən heç bir qurum sözügedən mağazalar şəbəkəsinin fəaliyyətilə bağlı müvafiq tədbirlərə baş vurmayıb. Bildiyiniz kimi, artıq şirkətin himayədarlarının hər hansı quruma təsir imkanı olmadığından «Optimal Electronics» Mağazalar Şəbəkəsində baş verən neqativ halların araşdırılmasına qərar verilib. Ehtimal olunur ki, həmin araşdırmanın sonunda adıçəkilən şirkətin fəaliyyətinə son qoyula, rəhbəri isə himayədarlarından biri olan Akif Çovdarovun yanına göndərilə bilər».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.