Oqtay Şirəliyev üçün sillə kimi fakt: dövlət xəstəxanasında 5-10 manatlıq “şirinlik” – VİDEO

24-11-2016, 01:29           

Bakıda Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında rüşvət alan tibb işçisi kameraya düşüb. Cumhuriyyet.az baku.ws-ə-ə istinadən xəbər verir ki, xəstə yaxınının telefonla çəkdiyi kadrlarda tibb bacısı xəstə yaxınından “şirinlik” alır. Hətta 5 manatı az bilir, 10 istəyir. 10 manatlığı aldıqdan sonra isə üzr də istəyərək, təşəkkür edir.
Xəstə yaxını deyir ki, burada hər şey pulladır: “Pulun yoxdursa, xəstənə də baxmırlar. Həkimləri isə 5 – 10 manatla razı salmaq müşkül məsələdir. Baxmayaraq ki, bura dövlət xəstəxanasıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru