136 saylı orta məktəbin direktoru Əlikram Hümbətovun fəal tərəfdarıdır

25-11-2016, 01:13           
136 saylı orta məktəbin direktoru Əlikram Hümbətovun fəal tərəfdarıdır
Eldəniz Əkbərov həmyerlilərini, əslən Lerik rayonundan olanları yanına yığıb Bakının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Milli Qəhraman Rasim Mayıl oğlu Sadıqov adına 136 nömrəli tam orta məktəbdə yaşanan neqativ hallar artıq əndazəni aşmaq üzrədir. Belə ki, adıçəkilən təhsil müəssisəsinin direktoru, ixtisasca Azərbaycan dili, ədəbiyyat müəllimi olan Eldəniz Ağadədə oğlu Əkbərovun 136 nömrəli orta məktəbin rəhbərliyinə gətirilməsindən sonra ətrafına özünə yaxın olan şəxsləri toplamağa başladığını vurğulayan mənbənin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, sözügedən məktəbin direktoru son zamanlar özünə əməlli-başlı sərvət toplamağa müvəffəq olub. Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, əslən Lerik rayonunun Balaband kəndindən olan Eldəniz Əkbərov 1996-2000-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsində təhsil alıb, 2001-ci ildə Bakı şəhər E.Şəmiyəv adına 149 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb: «O, 2005-ci ildən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib. Bir müddət öncə isə 136 saylı orta məktəbə direktoru vəzifəsinə təyin olunub. Deyilənlərə görə, separatçı Əlikram Hümbətovun fəal tərəfdarlarından olan Eldəniz Əkbərov direktoru olduğu 136 saylı orta məktəbə məhz özünə yaxın olan şəxsləri, həmyerlilərini, yəni əslən Lerik rayonundan olanları yığmağa başlayıb. Bu isə adıçəkilən təhsil müəssisəsinin kollektivinin haqlı narazılığına səbəb olub. Lakin direktor pedoqoji heyətin narazılığına əhəmiyyət vermədən öz bildiyini etməkdə israrlıdır». Bu arada, 136 nömrəli tam orta məktəbin direktorunun Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Rəşad Tağıyevin himayəsinə arxalandığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, məhz elə bu səbəbdən də Eldəniz Əkbərov əmindir ki, onun barəsində müvafiq qurumlara ünvanlanan şikayətlərə əhəmiyyət verilməyəcək: «Deyilənlərə görə, bu il müəllimlər günü münasibətilə 136 nömrəli tam orta məktəbdə yenidən yığım həyata keçirilib. Bildirilir ki, baş tutan «məliyyat» məhz direktor Eldəniz Əkbərovun tapşırığına əsasən reallaşdırılıb. Təbii ki, bu, şagirdlərin və onların valideynlərinin ciddi narazılığına səbəb olub. Deyilənlərə görə, onlar məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə şikayət etsələr də, idarənin müdir müavini Rəşad Tağıyev 136 nömrəli tam orta məktəbin direktorunun əməllərini ört-basdır etməyə, Eldəniz Əkbərovu mümkün təhlükələrdən sığortalamağa müvəffəq olub. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, 1981-ci ildə Neftçala rayonunda anadan olan, 2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışan, 2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də baş direktorun müavini kimi fəaliyyət göstərən, 2013-cü ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri olan, 2015-ci ildə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilən Rəşad Tağıyev bu gün 136 saylı orta məktəbin direktoruna yetərincə dəstək olur, ona himayədarlıq edir». Yeri gəlmişkən, məsələ ilə əlaqədar əldə etdiyimiz informasiyalarda o da deyilir ki, Eldəniz Əkbərov hansısa maraqlarına görə, valideynləri məhz axşam saat 18:00-dan sonra qəbul edir: «Bu qəbulun nə ilə bağlı olduğuna gəlincə, deyilənlərə görə, bu tip görüş valideynlərə elə-belə başa gəlmir. Onu da nəzərinizə çatdıraq ki, yeni dərs ilinin başlaması ərəfəsində bir sıra orta məktəblərdə ciddi problemlər yaşanmışdı. Məktəbə qəbulla bağlı direktorlar yerləşdirmədə əməlli-başlı əziyyət çəkmişdilər. Amma deyilənə görə, Eldəniz Əkbərov heç bir əziyyətlə üzləşməyib. Çünki onun direktor olaraq öz prinsipləri var. Və şagirdi məktəbə necə qəbul etmək kimi məqamlarda bu prinsiplər ortaya atılır. Bu zaman nə valideyn narazı qalır, nə də direktoru. Əslində isə, valideynin əziyyəti olur. Çünki direktora bir neçə dəfə «təşükkür» etmək məcburiyyətində qalır. Deyilənlərə görə, 136 saylı orta məktəbin direktoru məhz həmin «təşəkkür»lər hesabına ən son model iki bahalı avtomobil və 2 mənzil əldə edib».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.