Baba Rzayev Hüseyn Arabulu kölgədə qoyub

25-11-2016, 01:16           
Baba Rzayev Hüseyn Arabulu kölgədə qoyub
Baba Rzayev rəhbərlik etdiyi "Azərişıq" ASC-ni ailə podratına çevirib Gundelik-Baku.com bildirir ki, bu barədə politika.az-a ayrı-ayrı yerlərdən gələn şikayət məktublarında deyilir. Abunəçilərin ayağına normadan artıq borc yazılır. Abunəçilər qeyd edirlər ki, kart sistemi olsa da, müxtəlif texniki müdaxilələr etməklə vətəndaşların aylıq borcu şişirdilir. Bunu onlar hər ay sərf etdiyi enerji ilə qapıya gələn borcun mqidarının fərqində hiss edirlər. Bildirirlər ki, bu borclar Hüseyn Arabulun dövrünü xatırladır. Onun zamanında da vətəndaşların borcu şişirdilirdi. Baba Rzayev də Arabuldan geri qalmayaraq abunəçiləri soymaqla məşğuldur. Nəticədə Rzayev biznesini inkişaf etdirir. Bu müddət ərzində B.Rzayev yalnız şəxsi imkanlarını genişləndirib. Məlum olub ki, Hüseyn Arabulun belə vurmadığı zərəri Rzayev bu sahəyə vurub. Onun milyardlıq yeyintiləri, korrupsiya əməliyyatları, gizli maxinasiyaları elə həyata keçirilir ki kimsə xəbər tutmur. Bu sahənin spesifik olması nəticəsində Rzayev əlverişli korrupsiya imkanı əldə edib. Çünki nə Hesablama Palatası bu qurumu təftiş edir, nə də medianın bu sahəni araşdırmaq üçün geniş resursları var. Nəticədə milyonlar mənimsənilir, Rzayevlərin biznesi çiçəklənir. Prezident İlham Əliyevin tapşırıqları olub ki, hər bir vəzifə sahibi öz işinə vicdanla yanaşmalıdır, xalqla işləməlidir, onların problemlərini həll etməlidir. Qeyd edək ki, B.Rzayev dövlət rəhbərinin tapşırıqlarını öz istədiyi formaya salır. Onun fəaliyyətinin yarıtmazlığı sayəsində isə vətəndaşlar dövlətdən narazı salınır. Qurum rəhbərlərinin vilallarının sayı günbəgün artdığı bir halda vətəndaşlara da yazılan borcun miqdarı artır. Noyabrın 22-də, saat 12:00-dan etibarən borcu olanların işığı kəsilib. ASC sədri Baba Rzayev xalqın maddi vəziyyətinin ağırlaşdığı vaxtda camaata işıqla imtahana çəkir. Milyonları olan və böyük biznes imperiyasının sahibi B.Rzayev əhalinin durumunu nəzərə almadan işığı kəsir. ASC rəhbəri nəzərə almır ki, qabaqkı vəziyyət deyil, insanlar işsizdir, evinə çörək apara bilmir, çətinliklə kommunal ödənişlər edir. Amma qışın soyuğunda borcu olan abunəçilər zülmətə qərar edilir. Bu abunəçilərin evində körpəsi, xəstəsi, yaşlısı olanı var.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.