Lerik Notariat Kontorunun rəhbəri sakinin pulunu mənimsəyib - VİDEO
25-11-2016, 01:24

Son illər Azərbaycan məhkələrində daha çox baxılan məhkəmə işləri arasında avtomobillərın qanunsuz ələ keçirilməsi və satışı ilə bağlı iddialar diqqət cəlb edir.Bu məsələlərdə də Notariat Konturlarının da,dələduzlarla əlbir olma halları az deyil.Bu barədə dəfələrlə ölkə mətbuatında kifayət qədər materiallar dərc olunsada nə Ədliyyə Nazirliyi nə də müvafiq hüquq mühafizə orqanları gözlənilən reaksiyanı nümayiş etdirmirlər.Bu liberallığın nəticəsi olaraq bir çox şəxs mülkiyyətin fırıldaq yolu ilə ələ keçirilmə Notariat Konturlarının rəhbərləri də pulunun xətrinə atkiv iştirak edirlər.bu baxımdan Lerik rayon Notariat Konturunun qanunsuz fəaliyyəti də xüsusi ilə diqqət mərkəzindədir.Əgər yanılmıramsa hazırda ölkədə 140 Notariat konturu fəaliyyət göstərir.Lerik rayon Notariat konturu da onlardan ibarətdir. Oğlum Əliyev Elçin Firudin oğlu Lənkəran rayonunda dörd yol adlanan yerdə “Kamaz-55-11” markalı yük avtomaşıın satıldığını görüb bəyənmişdi.Həmin avtomaşının mülkiyyətçisi Həbibullayev Vüsal Mirzağa oğlu ilə həmin maşını mülkiyyətində olan dizel mühərrikli “Fordland” 10-DL-233 dövlət qeydiyyat nişanlı avtomaşın və üstəlik 4500 ABŞ dolları məbləğində pulla razılaşdım.Həbibullayev Vüsal oğluma məxsus Fordland 10 DL 233 dövlət qeydiyyat nömə nişanlı avtomaşının 7000 ABŞ dolları qiyməti olduğunu bildirmişdi.Oğlumda bu qiymətə razılaşıb.Beləliklə maşını və 4500dollar pul vəsaitini Həbibullayev Vüsala verərək “Kamaz 5511”markalı 10 KB 458 dövlət nömrə nişanlı yük avtomaşınını almışdı.Sonradan məlum oldu ki,Həbibullayev Vüsal Lerik Notariat rəisi Mustafayev Mustafa əlbir olaraq saxta sənədlərlə,etibarnamə ilə həmin yük maşınını əldə etmiş və oğlumu aldadaraq saxta etibarnamə ilə 4500dollar vəsaitini və üstəlik 7000dollar qiymətində olan şəxsi avtomaşınını əldə etmişlər.Oğlumu aldadaraq etibarnamədən sui istifadə edən bir qrup cinayətkar cavabdeh Həbibullayev Vüsal Mirzağa oğlu və LERİK Notariusunun rəhbəri Mustafayev Mustafa oğlumun 4500dollar pul vəsaitini və saz vəziyyətdə olan avtomaşınını dələduzluq yolu ilə əldə etməsəydilər saxta sənədlərlə “Kamaz markalı yük avtomaşının oğluma satmasaydılar ailəsinin dolanışığını təmin etmək üçün kifayət qədər gəlir əldə edə bilərdi.Çünki onun çörəyini pulu öz maşınından çıxıırdı.Ailəsini və uşaqlarını o,maşınla dolandırırdı.Bir tərəfdə məhkəmə mübahisələri,digər tərəfdə isə faktiki olaraq həm əmlakından,həm də real gəlirindən məhrum olub.Eyni zamanda ,bir neçə müddətdir ki,güclü sarsıntı və mənəvi istirablar keçirdib.Səhətində problemlər yarandı.Ailəsində və yaxın qohumlar arasında xəcalətli oldu. Bildirmək istəyirəm ki,Lerik rayon Natariosu Mustafayev Mustafa oğlumu aldadaraq maşın alqı satqısı zamanı almaq istədiyi maşının Etibarnaməsinə baxaraq və bilərək ki,Etibarnamə qanunsuzdur onu bilərəkdən təstiqlədi və imzaladı.Dələduzluqla məşğul olub,saxta sənədlə etibarnamə verən oğlumu aldadan Lerik rayon Notariusun rəhbəri Mustafa vətəndaş Həbibullayev Vüsalla birləşərək həm pulumuzu həm də maşınımızı aldılar. (Realnewsinfo.com) Hətta adı çəkilən Mustafa dəfələrlə oğlumu hədələdi.Bir gün oğlumu məcbur edib ki,oğlum məhkəmə prosesində sənədə imza etsin və yazsı ki,Lerik Notariat Konturunun rəhbəri Mustafa Mustafayevdən şikayətçi deyil.Oğlumun dediyinə görə ona bildirib ki,bunu etmərəm heç vaxt.Mən haqqımı tələb edirəm.O da bildirib ki ki,imza etməyəcəyi təqdirdə ailəsini və azyaşlı uşağını həbs etdirəcəyi ilə hədələyib.hətta oğluma bildirib ki,bu vaxta qədər sənin mənim haqqımda verdiyin məhkəmə şikayətlərinə baxılması üçün proseslərə 200min manata qədər pul xərləmişəm.Məyər korsan görmürsənmi mənim üstümə cinayət işi qaldırmırlar.Lazım olsa 200min manatda xərcləyərəm.Gözünü aç mənə yaxşı bax.Mən Mustafayam….Yaxşıca düşün.Bu sözləri Lerik Notariat rəhbəri Mustafa Mustafayev deyib.Bu bəlkə də Azərbaycan tarixində görünməmiş vəhşilik və özbaşınalıqdır. Mətnin böyüklüyünü nəzərə alaraq tam məktubu sizin nəzərinə çatdırırıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.