Ağdam TELEKOM qovşağında vəziyyət hələdə 80-cı illəri xatırladır - VİDEO/FOTO

25-11-2016, 01:29           
Ağdam TELEKOM qovşağında vəziyyət hələdə 80-cı illəri xatırladır - VİDEO/FOTO
Ağdam rayon bir qurup sakinlər tərəfindən redaksiyamıza electron vasitə ilə şikayət daxil olub. “Aztelekom” İstehsalat Birliyinin Ağdam Telekom Qovşağı tərəfindən həyata keçirilən lahiyələrin fəsadları artıq ortadadır. Bütün bunları sakinlər qəbul edə bilmirlər 2016-cı ildə yaşamağımıza baxmayaraq Ağdam TELEKOM qovşağında vəziyyət hələdə 1980-cı iləri xatırlatmaqdadır. Müasir düvrün tələblərinə cavab verə bilməyən Ağdam TELECOM qovşağının fəaliyyətidə göz önündədir – deyə sakinlər bildirir. Ağdam rayonunun kəndlərinə 2010-cu ildə telefon xəttlərinin çəkilməsinə baxmayaraq bu gün insanlar müasir dövrün tələbi olan internet və telefon rabitəsindən istifadə edə bilmirlər. Misal olaraq qeyd etmək mümkündür ki, Ağdam rayon Əfətli kəndinə çəkilən telefon xətləri daşıyıcısı olan dirəklər çürümüş və qəza şəraiti yaratmaqdadır. Amma bütün bunlara baxmayaraq BakuNews.az-a daxil olan videoda da məhs Telekomun yarasız fəaliyyəti açıq-aşkar görünməkdədir. Vətəndaşlar qeyd edir ki, qış mövsümü tam yetişməmiş küləksiz tufansız bir yerdə dirəklər bu halla düşübsə, qarşıdan gələn qış mövsümündə rabitəsiz qalacaq kəndlərdə yaşayan insanlar nə ilə hansı hallarda rabitə qurmaqa nail olacaqlar. Sakinlər səhaliyyətli qurumlardan kömək istəyir: “Dövlət əmlakının mənimsənilərək istifadə müddəti bitmiş dirəklərə və xətt matreallarına istifadə olunmasında günahkar olan insanların cəzalanması və bizlərin telefon və internetdən səmərəli istifadə etməyimizin təmin olunmasını aidiyyatı qurumlardan xahiş edirik!” Xahiş edirik bu məsələ barədə aidiyyatı qurumlar tərəfindən ölçü götrülsün və günahkarlar cəzalansınlar!
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

[media=https://www.youtube.com/watch?v=B6KCEhgzDiA]
[media=https://www.youtube.com/watch?v=_X05_EmspOw]
[media=https://www.youtube.com/watch?v=aDMmidmTBiE]
[media=https://www.youtube.com/watch?v=tBKGZ2oVmro]
[media=https://www.youtube.com/watch?v=G2aq-pkRXOA]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.