Rəcəb Babaşov etimadı doğrultmadı - Ona qarşı hərəkətlənmə var

30-11-2016, 10:37           
Rəcəb Babaşov etimadı doğrultmadı - Ona qarşı hərəkətlənmə var
Qazax rayon İcra Hakimiyyətinin başçısı postunda yeni olan sabiq vergi məmuru Rəcəb Babaşov "yuxarıların" ona olan etimadını doğrultmayıb. Bu barədə DİA.AZ-a məlumat verən bilgili qaynaq iddia edir ki, artıq Babaşova ilk xəbərdarlıq olunub.

Mənbə iddia edir ki, gəldiyi ilk günlərdən Qazaxda ciddi narazılıq yaradan və adı bir çox qalmaqallarda hallanan Babaşova qarşı yerli məmur qrupu da fəaliyyət göstərir. Qaynağın dia.az-a söylədikləri:

"Babaşov icra başçısı postunda da özünü bir vergi məmuru kimi aparır. Bundan əlavə, yerli məmurların əksəriyyətinə də vəzifələrində müvəqqəti olduqlarını bildirdiyindən artıq Babaşova qarşı qazaxlı məmurlar da hərəkətə keçiblər. Onlar öz rıçaqları ilə başçını zərərsizləşdirməyə çalışırlar. Eyni zamanda icra başçısının özünə qarşı bir sahibkar-fermer ittifaqı yaratması da faktdır ki, bütün bunlar nəhayətdə Rəcəb müəllimə ciddi baş ağrısı yarada bilər".

Qaynağın sözlərinə görə, Babaşov bu ilin yekunları ilə bağlı hesabat hazırlamaqda da çətinlik şəkir ki, bu da "yuxarıların" qulağına çatıb: "Hər halda təcrübəsizlik öz sözünü deyir və bu söz də Babaşovun ürəyincə olmayacaq".

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.