Dayanacaq yoxdur, monitor var - VİDEO

6-12-2016, 01:18           

Paytaxtın Nizami rayonunda avtobus dayanacağı sökülüb başqa yerə köçürülsə də, bunu edənlər monitoru götürməyi unudublar. Avtobusların gəliş-gedişini göstərən monitor küçə ortasında sahibsiz qalıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən qoyulan müasir dayanacağın bir hissəsi yarımçıq halda yol kənarında qalıb. Yoldan keçənlər isə bu mənzərə qarşısında ayaq saxlayıb burda nə baş verdiyini anlamağa çalışırlar. Görüntülər paytaxtın Nizami rayonunda Qara Qarayev prospektində sökülüb başqa yerə köçürülən avtobus dayanacağındandır.

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət etdik. Bildirdilər ki, həmin ərazidə nəqliyyatın sürətli axınını təmin etmək üçün dayanacaq olduğu yerdən sökülərək başqa yerdə quraşdırılıb. Həmin monitorun isə kommunikasiya xətləri ilə işlədiyindən bu xəttlərin yeni dayanacağa yönləndirilməsi işi aparılır və qısa zamanda monitor həmin ərazidən götürüləcək dayanacaqda quraşdırılacaq.(xezerxeber)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru