Astara təhsilində nələr baş verir - ŞİKAYƏT
6-12-2016, 02:28

teref.az-nun poçtuna Astara təhsilində durumla bağlı şikayət daxil olub. Onu sizə təqdim edirik:
Hörmətli redaksiya.Hal-hazırda Astara rayon Təhsil şöbə rəsinin korrupsiya xarakterli əməlləri iə bağlı Təhsil Nazirliyində 28 məktubum var. Həmin məktublardan 10-u Baş Prokurorluqdan Təhsil Nazirliyinə baxılması üçün göndərilmişdir. Məktublarım korrupsiya araşdırma predmeti olmasına baxmayaraq Təhsil Nazirliyinin səlahiyyətli şəxsləri həmin məktubları "Vətəndaşların müraciətlərinə baxılmasıhaqqında Qanunun tələblərinə uyğun olaraq 20 gün müddətinə raşadırıb yenidən araşdırıb yenidən Baş Prokurorluğa göndərmək əvəzinə susmağa üstünlük verirlər. Hal-hazırda etdiyim şikayətlərə görə Astara rayon Təhsil şöbə müdiri Qızbəs Məmmədova ona yaradılmış cəzasızlıq mühitindən istifafdə edərək məni məhkəməyə vermişdir. Onda sual olunur məgər mən Qızbəs Məmmədovanın korrupsya xarakterli əməlləri barədə məlumat verməklə səhv etmişəm? Niyə həmin məktublar tədbir görülməsi üçün Təhsil Nazirinə təqdim olunmur. Axı mən inanıram ki, Təhsil Naziri cənab Mikayıl Cabbarovun bu faktların ona təqdim ediləcəyi təqdirdə dərhal Prezidentimizin korrupsiyaya qarşı mübarizəyə dəstək olaraq Astara rayon Təhsil şöbə müdiri barəsində ciddi tədbir görəcəkdir.Qızbəs Məmmədovanın əvvəlllər göstərdiyim faktlara əlavə olaraq təkcə onu qeyd etmək bəs edir ki, Astara rayonunda kənd məktəblərini istiliklə təmin etmək üçün şagirdlər odunu evlərindən gətirirlər. 2016-cı ilin yeni Tədris ilində Qurban Bayramı ilə əlaqədar verilmiş istirahət günlərinə görə müəllimlərin maaşları tutulmuşdur,
2016-cı ilin oktyabr ayında fənn kabinetlərinə görə ödənilcək pul məbləği ödənilməmişdir,
Təhsilin bir növü olan fərdi təhsilə (saglamlığı məhdud olan uşaqlar üçün) görə oktyabr ayına görə müəllimlərə əmkhaqqı məvacibi ayrılmamışdır.
informatika dərslərini əksər məktəblərdə qeyri ixtisas müəllimlər tərəfindən keçirilir. Onlarında bəzilərinin kompyüterdən praktiki vərdişləri yoxdur. Ümumiyyətlə kompyüter otaqlarında kompyüterlər müzey eksopanatı kimi qorunub saxlanılır.Yani şagirdlər uzaqdan uzağa kompyütere baxmaqla kifayətlənirlər.Dövlət Başçısinin hərtərəfli qayğısı ilə əhatə edilmiş və milyonlarla pul ayrılmış Astara təhsili niyə Qızbəs Məmmədovanın sayəsində orta əsrləri dövrünün qanunları ilə yaşamalıdır? Heç kim unutmamalıdır ki, korrupsiya qarşı mübarizə Prezidentimizin siyasətidir. Hətta sonum ölümüm olsa belə mən bu siyasəti dəstəkləməyə hazıram.
Xahiş edirəm göstərdiyim faktları mətbuatda işıqladırasız.
Hörmətlə, Həsənov Rəşad Əlövsət oğlu
Astara şəhər sakini
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləyə bilərik!
teref.az