Tülkü həccə gedir: BDU İlahiyyat fakültəsinin ağası Tayyar Altıkulaçın Dağıstan macərası - 2-ci hissə

7-12-2016, 09:24           
Tülkü həccə gedir: BDU İlahiyyat fakültəsinin ağası Tayyar Altıkulaçın Dağıstan macərası - 2-ci hissə
(Əvvəli ötən sayımızda)
http://teref.az/manset/40359-tulku-hecce-gedir-bdu-lahiyyat-fakultesinin-agasi-tayyar-altikulachin-dagistan-macerasi.html-
Birinci hissə bu linkdə.
Osman Osmanov bazen her gün, bazen haftada bir iki defa geçiş yaptığı için onun pasaportuna mühür vurmazlar, pasaportunu gösterip geçermiş. İki tarafta görevi bulunan kişiler için uygulama böyle imiş.
Sözü uzatmayalım, belediye başkan yardımcısı ile sahada yaya olarak ilerlemeye başladık. Konuşa konuşa yürüyecektik, o Rusça bir şeyler anlatacak, ben de ara sıra onu tasdik ediyormuş gibi “haroşo” diyecektim. Bu kelime, onun anlattıklarına katıldığımı ve onayladığımı ifade ediyormuş.
Dediği gibi yaptık, yani o devamlı hiç anlamadığım konuşmasını sürdürüyor, ben de anlıyormuş gibi “haroşo” demeyi sürdürüyordum. Nihayet kapısında asker bekleyen bir kulübenin önüne geldiğimizde pasaportları (yani belediye başkan yardımcısının pasaportu ile Osman Osmanov’un pasaportunu) askere verdik. Asker iki pasaportu birlikte eline alarak üstün körü baktıktan sonra inceleme yapmadan iade etti ve bizi kontrol sahasına aldı.
Biraz sonra polis kulübesine ulaştığımızda benim yüreğimdeki sıcaklığın iyice arttığını hissediyordum. Bu arada ben Rusça konuşmaya, yani “haroşo” sözcüğünden başka ses vermeyen kırık plağı döndürmeye elbette devam ediyordum. Önümüzde sırada orta yaşlı bir kadın vardı. Pasaportu kontrol ediliyordu, derken görevli polis çıldırırcasına bu kadına bağırmaya başladı. Polisin sesi yeri göğü inletiyordu.
Araya girerek polisi sakinleştirmek görevi yanımdaki kişiye (belediye başkan yardımcısına) düşmüştü ve bu vesile ile arkadaşım polisle sıcak bir ilişki kurmuş oluyordu. Kadın oradan ayrıldı ve bizim pasaportlarımız polisin önüne kondu. Her gün giriş-çıkış yapabilen iki pasaportu gören görevli polis benim yüzüme bile bakmadan ve herhangi bir inceleme yapmadan pasaportları iade etti ve biz de teşekkür ederek oradan uzaklaştık.
Ben sanki dünyaya yeniden gelmiş gibi oldum. Biraz ileride bir yerde belediye başkan yardımcısı ile vedalaşıp bulunduğum yerden süratle (s. 985) uzaklaştım ve rektör yardımcısı Osman Osmanov ile buluşacağımız yere doğru hızlı adımlarla ilerledim. Tabiatıyla geçişimi sağlayan pasaport geri götürüldü ve bir müddet sonra da otomobiliyle geçiş yapan Osman Osmanov ile buluşup birlikte Kusar yoluna koyulmuş olduk.
İşte böyle. Rusya Federasyonu topraklarına pasaportsuz olarak ve elini kolunu sallaya sallaya girip çıkabilen kaç kişi var bu dünyada deyip biraz övünebilir miyim, bilemiyorum. Şaka bir yana, olay aklıma geldikçe her seferinde yüreğimde aynı sıcaklığı ve heyecanı hisseder gibi oluyorum.
Yakalanmam durumunda başıma neler gelebileceğini bir düşünün. Zindanlarda belirsiz bir müddet kalmak bir yana, bu işin bir de Türkiye tarafı vardı. Zira bu olayı yaşayan kişi, kısa bir süre sonra (24 Aralık 1995) yapılacak genel seçimlerde milletvekili aday listelerinde adı bulunan biriydi. Hiç şüphe yok, gazetelere manşet olacak ve derdimi kimseye anlatmayı başaramayacaktım. Yani rezil olmak işten değildi. Ne diyelim, cahillik yaptık bir kere. Ama bu yollara niçin düştüğümüzü bilen yüce yaratan beni korumuştu. Hiç şüphe etmiyorum, merhameti ve himayesi o gün kesinlikle benimle idi.”

Görüldüyü kimi bir vaxtlar Azərbaycan, Rusiya və Türkiyə arasında siyasi böhran yaratmağın astanasından dönən Tayyar Altıkulaç Azərbaycan sərhədini qanunsuz yolla (pasportsuz) keçib Dağıstana getdiyini və təkrar sərhədi qanunsuz yolla (bu dəfə başqasına aid pasportla) keçib Azərbaycana qayıtdığını, dolayısıyla dövlət sərhədimizi ard-arda iki dəfə pozduğunu etiraf edir. Bu saxtakarlığa əl atarkən rüşvət vermək, yalan satmaq, aldatmaq, fırıldaq gəlmək və hiyləgərlik etmək kimi “keyfiyyətlərindən” də məharətlə istifadə etməsindən danışır. Bax, bütün bunları edən adam 8 il Türkiyənin Diyanət İşləri başqanı və üç dəfə deputat olub. Həmçinin AKP sıralarında uzun illər TBMM Milli Təhsil, Gənclik və İdman Komissiyasına sədrlik edib, üstəlik BDU İlahiyyat fakültəsinin qurulmasında da “müstəsna” rol oynayıb, fakültəni tam nəzarətdə saxlayaraq ağalıqla, diktatorluq xarakteriylə idarə edib. Çox təəssüf ki, sözügedən fakültənin dekanı Vasim Məmmədəliyevin rəhbərliyi bu günə kimi formal xarakter daşıyır. Yəni əlindəki bütün bu imkanlar vasitəsilə Diyanətdə qardaş ölkənin müsəlman əhalisinə fətva, TBMM-də Türk gəncliyinə istiqamət verən saxtakar Tayyar, Diyanətin Azərbaycandakı fəaliyyətləri çərçivəsində də guya bizim müsəlman əhalimizə dini “xidmət” göstərməkdə, BDU İlahiyyat Fakültəsində Azərbaycan gənclərinə “istiqamət” verməkdədir, necədir sizin üçün? “Ama bu yollara niçin düştüğümüzü bilen yüce yaratan beni korumuştu. Hiç şüphe etmiyorum, merhameti ve himayesi o gün kesinlikle benimle idi” şəklindəki son sözləri, bu şarlatanın heç şübhəsiz yuxarıdakı bəd əməllərini yaxşılıq, şərrini də xeyir kimi göstərmə cəhdidir; zinhar aldanmamalıyıq. Çünki tülkülərin də həccə getdiyini biz çox yaxşı bilən bir millətik…

Görəsən qətiyyən dinə uyğun gəlməyən və bir müsəlmanın abrını aparan bu qədər davranışın hamısını eyni anda sərgiləyən Türkiyədə neçə din alimi var? Bəlkə Tayyar Altıkulaç toya getməlisidir? Yəqin məhz buna görədir ki, TDV illərdir “Azərbaycan xəlifəliyini” Altıkulaça həvalə edir. Yoxsa halımız necə olardı? Axı “betərin betəri var” deyiblər. Düzdür deməyinə deyiblər, ancaq Azərbaycan betərə məcburdurmu? Bax, bu sualın bir cavabı var! Azərbaycan heç yerə və heç kimə məcbur deyil. Hər cildə girən və əsl üzlərini aidiyyəti dövlət qurumlarımızdan belə gizləməyi bacaran bu cür riyakarları ifşa etməklə ölkəmizdən təmizləmək lazımdır. Onların “Azərbaycan yolları”na nə üçün düşdükləri bəllidir; ölkəmizə maraqlarının səbəbi sərhəd tanımayan məzhəbçilik və camaatçılıq qayələridir. Əgər bu cür olmasaydı, BDU İlahiyyat fakültəsini bitirib Türkiyədə təhsillərini davam etdirən məzunlar arasında onların adamı olmayan, onların siyasətlərinə xidmət etməyən əhil, milli ruhlu və vətənsevər ilahiyyatçıların yolunu hər cür fırıldağa, hiyləgərliyə, hətta iftiraya əl ataraq kəsməz və sırf onların adamları olduqları və onların siyasətlərinə qulluq etdikləri üçün naəhillərin yolunu da açmazdılar. Sizcə də Azərbaycanın gələcəyinə vurulan bu ağır zərbə xalis FETÖ metodu deyilmi? Odur ki, sözügedən İlahiyyat fakültəsi bu gün gizli FETÖ-cülər tərəfindən idarə olunan məzhəbçi-camaatçı Diyanət təşkilatının və FETÖ-cü başı Tayyar Altıkulaçın əlindən xilas edilərək onların kadrlarından təmizlənməli və tamamilə yerli nəzarətə, həqiqi milli və vətənsevər kadrlara həvalə edilməlidir. Riyakarlara, şarlatanlara bir də qapı açmaq lazım deyil. Cünki məqsədlərinə çatmaq üçün iki qardaş ölkənin əlaqələrinə xələl gətirən qanunsuzluqlara əl atmaqdan belə çəkinməyən bu saxtakarların xisləti dəyişən deyil. Elə Mirzə Şəfi Vazeh də M.F.Axundova: “Sən də onlar kimi riyakar və şarlatanmı olmaq istəyirsən?” deyərkən heç şübhəsiz Tayyar Altıkulaç və onun həvariləri kimi ilahiyyatçı və din xadimi cildinə girmiş o dövrün riyakarlarını, şarlatanlarını nəzərdə tuturdu. Odur ki, Azərbaycandakı aidiyyəti qurumlar və bu qurumlarda Bay Altıkulaçı və onun həvarilərini qoruyanlar lütf edib əvvəlcə öz gözlərinin qabağından qəflət pərdəsini qaldırmalı, bu məsələdə bu günə qədər dövlətimiz üçün örtülü qalan mətləbləri açmalı, sonra da insanlarımızı qəflət yuxusundan ayıldaraq Azərbaycanın gələcəyini bu qaragüruhun şərrindən xilas etməlidirlər. Dövrümüzün “Nəsrullah”larını görməzliyə vuranlar dövlətimizə aşkar xəyanət etdiklərini bilməli, xəyanətin axıra qədər gizli və cəzasız qalmayacağını anlamalı, “aldadıldıq” bəhanəsinin hər zaman və hər yerdə keçərli olmayacağını dərk etməlidirlər.

İşə baxın ki, öz kitabında Azərbaycan-Dağıstan sərhədindən pasportsuz və əlini-qolunu sallaya-sallaya keçdiyini qeyd edən Tayyar Altıkulaç hələ zarafata salıb bu hərəkəti ilə fəxr etməyə də həvəslənir. Görünür məhz bu qəhrəmanlıq həvəsinə görə öz cinayət əməlini kitabında etiraf etməkdən çəkinməyib. Hesab edirik ki, Tayyar Altıkulaç və onun təmsil etdiyi Diyanət təşkilatının bu günkü rəhbərliyinin Azərbaycan dövlətinə qarşı nə qədər səmimiyyətsiz olduğunu təsəvvür etməkdən ötrü Altıkulaçın fəxarətlə yazdığı bu etiraflardan tutarlı fakt ola bilməz. Dünən sərhədimizdən sızan Diyanət təşkilatının bu rəhbərinin dövlət orqanlarımıza da öz adamlarını sızdırmadığına kim zəmanət verə bilər? 20-22 il əvvəl sərhədimizi keçmək üçün o dövrdə Azərbaycanda yüksək məbləğ sayılan 50 dollar rüşvət verən bu adamın və təmsil etdiyi təşkilatın dövlət orqanlarımıza öz adamlarını yerləşdirmək üçün milyonlar xərcləmədiyindən kim əminliklə danışa bilər? Odur ki, qənaətimizcə Altıkulaçın nəzarətində olan və məqsədli şəkildə Türkiyə ictimaiyyətinə “Diyanət İlahiyyat fakültəsi” kimi təqdim edilən BDU İlahiyyat fakültəsinin Azərbaycanın ilk gülənçi kadrlarını yetişdirmiş ali təhsil ocağı kimi tanınması da elə-belə hal deyil. Azərbaycanda bu adla vurulan və Prezident Aparatına qədər yüksələn Elnur Aslanovun da bu fakültəni bitirdiyi və həmin təhsil ocağına imtahansız qəbul olunduğu artıq bilinən bir həqiqətdir. Bəs görəsən təhsillərini davam etdirmək üçün vaxtilə Türkiyəyə aparılan məzunlar arasında da fakültəyə imtahansız qəbul olunanlar varmı? Ən əsası isə Türkiyəyə aparılan ilk məzunları Tayyar Altıkulaçın şəxsən seçdiyi ve onlara xüsusi qayğıyla yanaşdığı bilinirmi? Görəsən həmin “seçilmişlər” bu gün hardadırlar, onlardan sonra seçilənlər necə oldu, sonrakılar hansı kriteriyalara görə seçildilər və neçəsi sırf TDV-nin və Altıkulaçın “etimad”ını doğrultmaq üçün gözə girməyə çalışıb doktorluq dərəcəsi alarkən neçəsi də milli ruhda və Azərbaycana layiq elm adamları kimi qayıtmağa çalışarkən aqibətləri nə oldu, aralarında təhsillərini başa vura bilməyənlər varmı, varsa səbəbi nədir? Həqiqətən araşdırılması çox vacib məsələdir. Yeri gəlmişkən, Bay Altıkulaç, yuxarıda kiçik bir hissəsini iqtibas etdiyimiz kitabının 983-cü səhifəsindəki 5 nömrəli haşiyədə Dərbənddə açmaq istədikləri İlahiyyat fakültəsi mövzusunda bu məlumatları da verir: “Bu protokole göre, rektörün bu özel üniversitede açacağı İlâhiyat Fakültesi öğrencilerini bir veya iki yıl biz Türkiye’deki İlâhiyat fakültelerinden birinde okutacaktık. Rektör üniversitesinde gerekli hazırlıklarını yaptıktan sonra öğretim Derbent’te devam edecekti. Biz sözümüzü tuttuk və gelen öğrencilerin Erciyes Üniversitesi İlâhiyat Fakültesi’nde öğrenimlerini sağladık ve her türlü iâşe ve ibâte masraflarını karşıladık. Ama rektör sözünü yerine getiremedi. Getiremeyeceğinin veya getirmek istemediğinin anlaşılması üzerine ilişkiye son verildi”. Bəlkə də dağıstanlılar bir müddət TDV-ni yaxından izlədikdən sonra bu vəqfin səmimi olmadığını və bu işin istədikləri kimi davam etməyəcəyini başa düşdüklərinə görə TDV-ni Dərbənd qapılarından içəri buraxmamağı qərara alıblar. Biz isə “başqa dindaşlardansa qardaş dindaş yaxşıdır” deyib, bu işi Türkiyə ilə birgə həyata keçirməyə qərar vermiş, ancaq iki ölkənin, iki xalqın qardaşlığını siyasi mənfəətlərlə qarışdırdığımız üçün Azərbaycanın qapılarını TDV-nin üzünə taybatay açmış və İlahiyyat fakültəsini birlikdə qurub-qurmama qərarını bu vəqfin fəaliyyətini bir müddət yaxından izlədikdən sonra verməyə lüzum görməmişik. Nəticədə ziyanın başından dönən dağıstanlılardan fərqli olaraq bu gün bizə ziyanın yarısından dönmək qalıb. Yəni, milli təhlükəsizlik strategiyasının başlıca istiqamətlərindən birinə çevrilən İlahiyyat fakültəsindəki ikibaşlı siyasətə son qoyub, BDU-nun digər fakültələri kimi adı çəkilən fakültədə də tam yerli nəzarəti və tarazlı milli siyasəti təmin etmək!

Unutmayaq ki, FETÖ kimi bu günkü Diyanət üçün də məqsədə çatmaq istiqamətində sərhəd yoxdur, hər yol mubahdır. Yuxarıda da vurğuladığımız kimi bu uğurda onların missiyasına xidmət etməyən və özlərinə əngəl hesab etdikləri istənilən şəxsin haqqını əlindən alıb, missiyalarına qul-kölə etdikləri naəhillərə vermək onlar üçün adi bir şeydir. FETÖ də yeri gələndə bu cür haqsızlıqları edib sonra da dindən-imandan danışmırdımı?! Düzü, üzərində durmağa dəyəcək ciddi bir mövzudur. Etirafına əsasən, bu gün Altıkulaçı cinayət məsuliyyətinə cəlb etmək mümkündürmü bilmirəm. Onu da qoy dövlətimiz düşünsün! Ancaq bilinsin ki, Bay Altıkulaç Azərbaycan-Dağıstan sərhədində tutulub həbsxanaya atılsaydı indi Türkiyədə və Azərbaycanda bəzilərinin gözündə İslam mücahidi, hələ sərhədçi əsgərlər tərəfindən vurulub öldürülsəydi bu dəfə də bəzilərinin gözündə şəhid və ya qəhrəman olmuşdu! Ancaq şükürlər olsun ki, Uca Allah onun saxta bir qəhrəman kimi yad edilməsinə razı olmadığı üçün belə bir hadisənin yaşanmasına mane olub. Bu gün də cəzasız qalsa belə inanırıq ki, gün gələcək, bu saxtakarlığa görə Bay Altıkulaç və onun təmsil etdiyi TDV-nin rəhbərliyi xalqımız qarşısında mütləq cavab verməli olacaq!

Sonda, jurnalist Heydər Oğuzun bu yaxınlarda strateq.az saytında dərc olunan “Azərbaycanda məzhəbçilik təhlükəsi: İlahiyyat fakültəsinin bilinməyən üzü” başlıqlı yazısının sonunda qeyd etdiyi “Dövlət qurumlarımızın nəzərinə onu çatdırırıq ki, İlahiyyat fakültəsində işləyən bir müəllimdən aldığımız məlumata görə, qurumun bəzi “sözəbaxan” kadrları maaşlarından əlavə, hər ay 1000-2000 dollar arasında “paket” alırlar. Verilən “paket”in mənbəyini araşdırmaq bütün hallarda gələcəyimizin xeyrinə olardı…” şəklindəki önəmli məlumatı biz də burada dövlət qurumlarımıza xatırladaraq bu məsələ ilə əlaqəli bizdə olan məlumatları da əlavə etmək istəyirik. Belə ki, bizdəki məlumata görə Tayyar Altıkulaçın BDU İlahiyyat fakültəsindəki adamları sözügedən “paket” məsələsini inkar etməyərək bunun guya “yardım” məqsədilə verildiyini iddia edirlər. O zaman biz də sual edirik: Əgər sözügedən “paket” iddia edildiyi kimi yardım məqsədilə verilirsə, o zaman nə üçün sadəcə fakültədəki iki kafedradan biri olan “İslam Elmləri Kafedrası”nın müəllimlərinə verilir? Tayyar Altıkulaçın fakültədəki həvariləri, Heydər Oğuzun ifadəsilə desək “sözəbaxan kadrları” əsasən bu kafedrada cəmləşdikləri üçünmü? Hesab edirik ki, dövlət orqanlarımız tərəfindən həm bu məsələnin, həm də ümumiyyətlə Diyanət təşkilatının başda adı çəkilən fakültə olmaqla bu günə qədər Azərbaycana qoyduğu “sərmayələr”i və bunları haralara sərf etdiyini ciddi şəkildə araşdırmaq da hər mənada ölkəmizin xeyrinə olacaq. Əcəba, bu “sərmayələr”in bizə qazandırdıqları və bizdən aldıqları nələrdir? Dövlətimizin diqqətindən yayınaraq qoyulan “sərmayələr” varmı? Xüsusilə də Türkiyədə oxudulan tələbələrin təhsilinə qoyulan “sərmayələr”lə bağlı bilinənlər həqiqəti nə qədər əks etdirir? Ümumiyyətlə bu tələbələrin hər birinin aqibətiylə bağlı dövlətimiz nə dərəcədə düzgün məlumatlandırılıb? Bu mövzuda Bay Altıkulaç və adamlarının dövlətimizdən gizlətdiyi həqiqətlər varmı? Qısacası, TDV təqaüdü ilə Türkiyənin Ankara və İstanbul şəhərlərində magistratura və doktorantura təhsili alan tələbələrin hər birinin aqibəti necə oldu?! Düzü, məşum bir mövzu ilə qarşı-qarşıyadır Azərbaycan...
Zaur Şüküroğlu
Araşdırmaçı
Yazıda adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.