Dövlət Baytarlıq Xidmətinin işi Allaha qalıb? – ABSURD
6-12-2016, 13:35

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 28-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq başlanıb. Nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də dənizsahili zonalarda həyata keçirilib.
Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülüb. “Quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 26 baş çöl quşlarının patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1753 baş ev quşlarının qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib. DBNX bildirir ki, müayinələr başa çatıb və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib.
Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib (APA).
Köçəri quşlar vasitəçiliyi ilə “quş qripi”nin Azərbaycana keçmə ehtimalı varmı? Biz Qafqaz Xəbər Agentliyi olaraq, bu sualla Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəliyə müraciət etdik.
“İranda bu dəqiqə quşların cənuba doğru axın gedir, hazırda yekunlaşmaq üzrədir. Təminata qaldıqda isə biz virusun Azərbaycana keçməməsinə heç bir təminat verə bilmərik. Bunu yalnız Allah bilər və o təminat verər”, – deyə Y.Xanvəli qeyd etdi. Biz Yaşıllar hərəkatının rəhbəri Fəridə Hüseynovadan Yolçu Xanvəlinin sözlərinə şərh verməyi xahiş etdik.
“Mən keçirilən monitorinqin obyekivliyinə inanıram. Məsələ ondadır ki, köcəri quşlar indiki iqlimə görə şimaldan cənuba doğru isiqamətdədir. Ona görə də, hazırda Kənd Təsərrüfatı Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə kecirdiyi monitorinqin müsbət nəticəsi məhz odur ki, şimal tərəfdən bizə hər hansı bir təhlükə olmamasını göstərir.
İran İslam Respublikasi isə bizdən də cənubda yerləşir. Əgər bu epidemiyanin qarşısı qış aylarında alınmasa və fevral ayında koçəri quşlarin geri dönəcəyi halda İrandan keçməsi virusun onlara yoluxma təhlükəsi yaradır .Belə olduqda cox güman ki, bu virusun bizim ölkəyə kecmə təhlükəsi də yarana bilər. Bunun qarşısını almaq mümkün olmayacaq. Tez bir zamanda İranla birgə bu məsələnin həlli yolunu ən azı yanvar ayının sonuna qədər tapmaq lazımdır”, – deyə Fəridə Hüseynova bildirdi.
Aslan