Əli Abbasovun adamının əmlakları üzərindən həbs niyə götürülüb? - Sensasiya
18-04-2017, 16:56

“Rabitə işi” işi üzrə yeni-yeni faktların üstü açılmaqdadır
Ulus.Az xəbər verir ki, ibtidai istintaqın yekunlaşmasına 4 gün qalmış keçmiş nazir Əli Abbasovun yaxın adamı Məhəmməd Məmmədovun əmlakları üzərinə qoyulmuş həbs götürülməsi bu günə kimi müəmmalıdır.
Halbuki, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevin Qubada yerləşən dədə-babadan qalma evinin üzərində həbs bu gün də qalmaqdadır.
"Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayevin 1989-cu ildə alınmış evi bu gün də həbsdədir. Vidadi Zeynalovun 1947-ci ildə atasının tikdirdiyi evə də həbs qoyulub.
Bu barədə araşdırma apran yayiminfo.com yazıb ki, "Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədovun da bankda girov olan əmlakının üzərinə həbs qoyulub.
Ancaq Əli Abbasovun yaxın adamı Məhəmməd Məmmədov məhkəmə qarşısına əmlakları üzərinə qoyulmuş həbs götürülərək çıxarılıb.
Bu gün M.Məmmədovun məhkəmənin tələsik yekunlaşdırılması ilə bağlı məhkəmədə səs-küy salıb hakimləri ittiham etməsi təsadüf deyil.
teref.az xəbər verir ki, Əli Abbasov başda olmaqla nazirlikdəki məmurlar dövlətin rabitə sahəsinə ayırdığı 100 milyonlarla pul həzme-rabedən keçirilib.
"Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, RYTN Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov və başqaları paket alanlar olublar.
Yayiminfo.com yazır ki, paket verənlər isə Məhəmməd Məmmədovun tabeçiliyində 60 idarə-müəsisə olub. Bakı şəhəri istisna olmaqla Azərbaycanın bütün rayonlarında rabitə adına görülən işlərin başında Məhəmməd Məmmədov dayanıb.
Elə rayonlar var ki, bir başından o biri başına qədər 100-200 kilometr məsafə var. Oğurlanan pullar da çəkilən kabellərin, qazılan rabitə tunellərinin hesabına olub.
Kabeli topdan qiymətlərlə alıb dövlətə metrlə satıblar. Bu gün "Rabitə işi” üzrə məhkəmədə Məhəmməd Məmmədov prosesin uzadılmasına etiraz edir.
Onunla müttəhimlər kürsüsünü bölüşən təqsirləndirilən Bayram Vəliyev proseslərə xəstəliyi üzündən xərəkdə gətirilir. Amma M.Məmmədov bunu nəzərə almadan qışqır-bağır salır, tezliklə prosesin yekunlaşmasını istəyir.
İddialara görə, o, həbsdən yaxa qurtaracağına əmindir. Qarantiyası var. 4 milyon 400 min manatlıq ittiham onun üçün sıradan bir olaydır.
M.Məmmədov 4 milyon 400 minlik yeyintiyə yol verdiyini ittiham aktına yazmaqla faktiki olaraq kənarda saxlanılır.