Sabunçuda stadionun yerində pullu stadion yoxsa, şadlıq sarayı tikilir? FOTOLAR

7-09-2017, 21:40           

Azərbaycanda yeni stadionlar əsasən 2005-ci ildən sonra tikilməyə başladı. Həmin il futbolun inkişafına dair dövlət proqramının qəbul edilməsindən sonra Bakıda və bölgələrimizdə bir neçə yaşıl meydança tikilib istifadəyə verildi.

Ancaq təəssüflər olsun ki, bu proses proqramın müddətinin bitməsi ilə dayandı. Tikilən stadionların bir çoxu yararsız hala düşdü. Bununla yanaşı, paytaxtımızda olan, sovetlər dönəmindən qalma bir çox stadion dağıdıldı.

Onlardan biri uzun illərdir “Razin stadionu” kimi tanınan, Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən yaşıl meydançadır.

Bizimxeber.az əməkdaşı hazırda ərazidə qızğın tikinti işləri getdiyinin şahidi olub. Orada çalışan fəhlələrin əməkdaşımıza verdiyi məlumata görə, ərazidə şadlıq sarayı inşa edilir.

Tikintidə işləyən daha bir qrup isə bildirir ki, stadionun yeri satılıb və bu ərazidə pullu stadion tikiləcək. Ümumiyyətlə, “Razin stadionu” kimi tanınan bu ərazidə olan agacların kəsilərək satılması icra başçısı Adil Vəliyev üçün adi hala çevrilib. İllərdir bu ərazilər qarış-qarış satılır. Daha bir maraqlı məqam isə tikinti gedən ərazidə agacların qırılmasıdır. Açıq şəkildə yaşıl agacların qırılması müşahidə olunur.

Məlumat üçün bildirək ki, bu ərazidə torpağın 1 sotu 25 min manata satılır.
Sabunçuda stadionun yerində pullu stadion yoxsa, şadlıq sarayı tikilir?  FOTOLAR













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru