“Bank Silk Way” Həsən Məmmədəliyevə krediti hansı şərtlərlə verib?
8-09-2017, 08:43

365info saytı olaraq keçən yazımızda hüquq müdafiəçisini həbs etdirən araq kralı ilə bağlı yazı dərc etmişdik.
Yazıda qeyd etmişdik ki, Həsən Məmmədəliyev bir neçə bankdan kredit götürərək krediti qaytarmaqdan boyun qaçırır.
Qeyd etdiyimiz bankların sırasında “Bank Silk Way” in da adı çəkilirdi. Bununla bağlı bəzi araşdırmalar apardıq və “Bank Silk Way” in fəaliyyətində nöqsanlar aşkar olunduğu üçün bu bankla bağlı daxil olan məlumatları oxucularmızla bölüşməyi özümüzə borc bildik.
“Bank Silk Way” bir bank olaraq AZAL-ın öz işçilərinə bank xidmətləri göstərmək məqsədilə yaradılıb.
365info-nun əldə etdiyi məlumata görə Həsən Məmmədəliyev adlı iş adamı bu bankdan 150 min manat kredit alıb və bugünəcən həmin krediti qaytarmaqdan boyun qaçırır.
Sual doğurur ki, axı Həsən Məmmədəliyevin AZAL şirkəti ilə və yaxud da “Bank Silk Way” lə nə bağlılığı var ki, bu bank H.Məmmədəliyevə 150 min manat kredit verib?! Və bu günləri də H.Məmmədəliyev həmin krediti ödəməkdən boyun qaçırdığı üçün bank onu məhkəməyə verib.
Məlumat üçün bildirək ki, “Bank Silk Way” in bu cür müəammalı kredit verməyi ilk dəfə deyil.
Əldə etdiyimiz məlumata görə hələ 2014 –cü ildə AZAL-ın bir əməkdaşı bankdan ipoteka krediti götürərək saxta arayış təqdim etmişdir.
Belə ki, saxta arayış təqdim olunanda artıq həmin işçi AZAL-ın işçisi olmamasına baxmayaraq bankdan saxta arayış əsasında ona ipoteka krediti verilmişdir.
Ancaq sonradan bankın məsul işçiləri bu qanunsuzluqdan xəbər tutaraq keçmiş işçiyə dərhal ipoteka kreditini bağlamağı məcbur etmişdilər.
Yaxşı,tutaq ki, bu xanım heç olmasa AZAL-ın keçmiş işçisi olub və ipoteka ilə ev almaq üçün saxta arayış düzəldərək bankdan kredit götürərək bu yola əl atıb,bəs Həsən Məmmədəliyevin AZAL-a və yaxud da “Bank Silk Way”ə nə aidiyyatı var ki, o bu bankdan 150 min manat kredit götürərək krediti ödəməkdən boyun qaçırır?!
Bəlkə vaxtı ilə saxta arayışla ipoteka krediti verən bankın əməkdaşları indi də elə həmin bankda vəzifə tutaraq H.Məmmədəliyevə də hansısa arayış əsasında kredit veriblər?!
Araşdırmamız davam edir…
teref.az olaraq adları çəkilən şəxslərin və qurumların fikirlərini işıqlandra bilərik!
teref.az