"Quba Rixos"-da Anar Məmmədovun əlindən çıxdı

2-04-2018, 12:11           
"Quba Rixos"-da Anar Məmmədovun əlindən çıxdı
Qubadakı beşulduzlu "Quba Rixos" oteli rebrendinq edib.

teref.az Azərtac-a istinadla xəbər verir ki, otel 2018-ci il aprelin 1-dən "Quba Palace" adı ilə fəaliyyətə başlayb.

Hotelin Baş Meneceri Kənan Ağayevin sözlərinə görə, "Quba Palace" yüksək səviyyəli xidməti ilə sektorda uğurlu və peşəkar imicini saxlayaraq yeni brendini daha da məşhurlaşdırmağa çalışacaq.

Otel rəhbərliyi “Rixos” brendinin otelin adından çıxarılmasının yeni çağırışlarla əlaqəli olduğunu bildirib:

“Rixos” brendi regionu tərk etmək haqqında qərarını açıqlayaraq rəsmən həm Azərbaycan, həm də Gürcüstan bazarından çıxır. Nəticə etibarilə aprel ayından Azərbaycandakı "Quba Rixos" oteli "Quba Palace", Gürcüstandakı "Rixos Borjomi" isə "Borjomi Likani" adını daşıyacaqlar. Biz daha çox turist cəlb etmək, otelimizin böyük potensial və imkanlarından səmərəli şəkildə istifadə etmək istəyirik. Əminik ki, yaxın bir müddətdə Quba Palace bazarda daha güclü bir brend kimi tanınacaq", - deyə Kənan Ağayev bildirib.

Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik "Quba Palace" (keçmiş “Rixos”) otel kompleksi 2013-cü ildə istifadəyə verilib. Otelin əvvəllər iş adamı Anar Məmmədova məxsus olduğu bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru