Kəndlərdə qaz olmayan evlər necə qızdırılır?
11-08-2018, 05:39

Respublikada qazlaşdırma işi sürətlə aparılsa da, təbii qazın olmadığı kəndlərimiz də var. Məlumdur ki, meşəliklərin sıx olduğu rayonlarda qışda evləri qızdırmaq üçün əsasən odun yandırırlar.
Mediaxeberleri.az xəbər verir ki, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin yeni salınan məhəllələrində təbii qaz olmadığı üçün sakinlər qış aylarında evlərini qızdırmaq üçün əsasən odundan istifadə edirlər.
Kənd sakinləri bununla bağlı redaksiyamıza müraciət edərək, rayon rəhbərliyini məlumatlandırmağımızı istəyirlər.
Müraciəti olduğu kimi təqdim edirik:
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə
Ağstafa rayon Qıraq Kəsəmən kənd sakinlərinin aşağıda adları və imzaları qeyd olunan sakinləri tərəfindən
M Ü R A C İ Ə T
Hörmətli Məhərrəm Quliyev cənabları.
Ağstafa rayonu Qıraq Kəsəmən kəndində yeni məhəllə deyilən hissəsində məskunlaşmış, bu kənddə qeydiyyatda olan, yaşayan 50 (əlli) dən çox ailə müraciət edərək bildirmək istəyirik ki , son illər əhalinin təbii qaza təlabatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keşirilib , qaz təchizatı infrastrukturu yenidən qurulub , təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz xətləri çəkilb . Əhalinin təbii qaza olan təlabatının ödənilməsi məqsədi ilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma işləri aparılıb və önəmli strateji sosial lahiyənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilib . Bu da öz növbəsində Azərbaycan Respublikasının Prezidentinin praqmatik və uzaqgörən siyasət
yürütdüyünü təsdiq edir.
Cənab başçı. Uzun illərdir ki, Qıraq Kəsəmən kəndinin bu hissəsində yaşayan ailələr mavi qaz sarıdan əziyyət çəkirlər.Məhəllə və küçədaxili qaz xətləri çəkilməyib.
Təlabatı elektrik enerjisi və odun vasitəsi ilə təmin edirdik. Artiq bir neçə ildir ki, odun saridan çətinlik oldugu üçün elektrik və qaz balonlarindan istifadə olunur.Bu da istifadə sarıdan təhlükəlidir. Elektrik naqilləri çox yüklənir , tez-tez sıradan çıxır. Hər bir ailədə körpə və az yaşlı uşaqlar var. Bizdə istərdik ki, digər vətəndaşlar kimi mavi qazdan istifadə edək . Sosial durumumuz bir azda yaxşılaşsın.
Bu barədə səlahiyyətli qurumlara da müraciət etmişik. Yazılı qaydada Azərqaz İB Şəmkir Regional Qaz İstismar İdarəsinə də 10-15 ailə müraciət etmişdi.Bu ailələrin bəzilərində bir neçəsi hətta o zamanlar 1992 –94 cü illər ərzində mavi qazdan istifadə ediblər.Öz hesablarına bir neçə ailə birgə xətt cəkdirmişdilər.Sonradan uzun zaman ümumi qaz problemi oldugundan istifadəsiz qalmış qaz xetləri erroziyaya uğramış və demək olarki yox dərəcəsindədir. Bunu Azərqazın işçiləridə təsdiqləyə bilərlər.Baxış keçiriblər və şahid olublar.
Küçələrin nə vaxt qazlaşdırılması barədə heç bir məlumatimiz yoxdur.Nə vaxt qaz xətləri çəkiləcək ümidi ilə yaşayırıq.Həqiqətən də qış aylarında çox çətinlik çəkirik. Rayonumuzun kənd və qəsəbələri abadlaşır, yollar çəkilir , kəndlərimiz qazlaşdırılır . Çox şad olardıq ki , yaxin vaxtlarda biz sakinlər də evimizdə mavi qazdan istifadə edəcəyik. Əminik ki, Sizin biz vətəndaşlara diqqət və qayğınızın sayəsində tezliklə bu çətinlik yaxşı mənada həllini tapar. Təşəkkür edirik .
Biz, Ağstafa rayonunun, Qıraq Kəsəmən kəndinin sakinləri bu işdə məhz Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevdən kömək istəyirik və ümid edirik ki, müraciətimiz nəticə verəcək.
Hörmətlə, Qıraq Kəsəmən kənd əhalisi /Şəxsiyyət vəsiqələrimizin nömrələrini də qeyd etməklə…
1.Qocayev İsrafil (müh.veter)...............
2.Məsmalıyev Üzeyir (müh.vet)..............
3.Qasımov Şirin ..............
4.Məsmalıyev Murtuz (müh.vet).............
5.Tatarov Məhərrəm ..............
6.Tatarov Zaur ..............
7.Qasımov Bəxtiyar ..............
8.Xəlilov kamran ...............
9.Məmmədov Rəfayıl ...............
10.Tatarov Ayət ................
11.Yolçuyev Qara (müh.vet) ................
12.Xudaverdiyev Rza ...............
13.Zeynalov Xəqani ................
14.Məmmədov Elşad ................
15.Qəmbərov Elşən .................
16.Tatarov Müşviq (müh.vet) .................
17.Məmmədov İlqar ................
18.Mustafayev İlham (muh.vet)...............
19.Zeynalov Elşin .................
20.Mustafayeva Aybəniz ................
21.Qurbanov Arzu (müh.vet) ................
22.Mustafayev Musa ................
23.Tatarov Əsgər (müh.vet) .................
24.Əsgərova Novrəstə .................
25.Qarayev Maksim .................
26.Cəlilov Afiq .................
27.Cəlilov Səyyad .................
28.Tatarov İsmayıl ................
29.Məmmədov Həmid (müh.vet)................
30.Qəmbərov Rövşən (maxe) .................
31.Bəxtiyarov Eldəniz (müh.vet)..................
32.Namazov Elsevər (maxe) .................
33.Lələyev Qəmsər .................
34.Məmmədov Bəxtiyar (müh.vet)...............
35.Bəsti ...................
36.Yolçuyev Rövşən ..................
37.Məmmədov Elman ..................
38.Rafayel ....................
39.Məmmədova Yetər ..................
40.Qocayev Mahir ...................
41.Kiçikov Hicran (müh.vet) ...................
42.Hüseynov Seymur ..................
43.Zoya ......................
44.Nəcəfov Sevdim ....................
45.Hüseynov Vasif ....................
46.Məmmədov Kamal ..................
47.Qəmbərov Rəşad ...................
48.Qurbanov Abdul ..................
49.Məmmədov Eldar (müh.vet)...................
50.Məmmədov Zülfüqar(müh.vet)...............
51.Məsmalıyev Əfqan ...................
52.Məmmədov Şakir (müh.vet)...................
53.İbrahimova Almaz (az.təm.ailə)...............
54.Elmira ................
55.Həsənova Sevil ................
Tarix . 11 avqust 2018.