"Turan Bank" Qarabağı erməni dilində təqdim edir - FOTO-FAKT

22-08-2018, 22:17           
"Turan Bank" Qarabağı erməni dilində təqdim edir - FOTO-FAKT
Turan Bank” Azərbaycanın işğal altında olan torpaqlarını rəsmi saytında yerləşdirdiyi xəritədə erməni dilində təqdim edir.

"Kommersant.az” xəbər verir ki, "Turan Bank” rəsmi internet saytında filialları barədə məlumat verərkən "Google” şirkətinin xəritəsindən istifadə edib. Belə ki, bankın rəsmi internet saytında yerləşdirdiyi Azərbaycan xəritəsində işğal altında olan 20% torpağımıza aid olan ərazilərin adı böyük şriftlə erməni əlifbası ilə erməni dilində, yalnız aşağıda isə, bu dəfə niyəsə kiçik hərflərlə Azərbaycan dilində yazılıb.

Qeyd edək ki, digər banklar və şirkətlər "Yandex” şirkətinin xəritəsindən istifadə edir. O xəritədə isə Qarabağ bölgəsinə aid ərazi adları Azərbaycan dilində qeyd edilib. "Turan Bank”ın bunu bildiyi halda xəritəsində bu cür siyasi səhvə yol verməsi və mental dəyərləri birmənalı şəkildə ayaqlaması bankın müştərilərinə, aidiyyəti qurumlara, maliyyə nəzarətini həyata keçirən strukturlara məlumdurmu? Məhz bu sualın cavabsız qalmaması üçün "Turan Bank"ın saytında saxladığı həmin xəritənin fotosunu təqdim edirik:














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru