Xəstəsi əlində ölən cərrah və “Stimul hospital”dan detallar – Foto/Video

8-09-2018, 00:50           
Xəstəsi əlində ölən cərrah və “Stimul hospital”dan detallar – Foto/Video
"Stimul Hospital" - 2014-cü il 24 may tarixindən etibarən fəaliyyət göstərir. Stimul Hospitalda cərrahiyyə, stasionar, təcili yardım, laboratoriya, sığorta şöbəsi, kardiologiya, terapiya, revmatologiya, hepatalogiya, pediatriya, nevralogiya, psxiatriya, oftalmologiya, otorinolarinqalogiya, endokrinalogiya, dermatalogiya, kosmetologiya, travmatalogiya, rentgen, USM, KT, MRT və s. şöbələr fəaliyyət göstərir. Burada sadə, vip və luks palatalar vardır. Palatalar lazım olan avadanlıqlarla təchiz olunmuşdur. "Stimul Hospital"da peşəkar həkimlər və qayğıkeş personal əhaliyə yülsək səviyyədə xidmət edir.


“Stimul Hospital” adı müxtəlif neqativ informasiyalarda keçən, təkcə ölüm faktı qeydə alınmayan istisna klinikalardan idi. Amma o da morqa dönən klinikalar karvanına qoşuldu.

BakuNews.az azeuronews.com istinadən xəbər verir ki, söhbət bu günlərdə klinikada estetik cərrah Elçin Zodanovun əlində pasient Yeganə Quliyevanı ölməsindən gedir.

Estetik cərrah Elçin Zodanov

Xəstəsi əlində ölən cərrah və “Stimul hospital”dan detallar – Foto/Video

Həkim plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.

E.Zodanov müxtəlif estetik əməliyyatlar həyata keçirir və ayrı-ayrı klinikalarla əməkdaşlıq edir. Yutubda onun sinə kiçiltməsi əməliyyatından kadrlar var və görünür ki, özü yerləşdirib.

► Köçkün: “Bu klinika dəhşətdir”

Zəngilan rayonundan məcburi köçkün Niftəliyev Məhəmmədəli Fərzalı oğlu da “Stimul hospital”ın həkimləri tərəfindən böyük problemlə üzləşmişdi.

Oğlu mətbuata bildirmişdi ki, atası sidik kanalından əməliyyat edilib: “Əməliyyat olunandan dərhal sonra atamı evə buraxdılar. Halbuki, əməliyyatdan çıxan şəxsi bir neçə gün palatada saxlamalı idilər.

Həmin ərəfədə tibb ocağında vergi yoxlaması aparılırdı. Buna görə də xəstəxananın baş həkimi Ayxan Məmmədlinin göstərişi ilə atamı hospitalın yan qapısından qəbul edib elə həmin qapıdan da yola saldılar.

İnsan həyatına qarşı bu dərəcədə səhlənkarlıq, biganəlik heç yerdə görülməyib, əsl dəhşətdir.

Maddi imkanımız aşağı olduğu üçün qohum-tanışdan 700 manat pul yığıb əməliyyata vermişdik.

Əməliyyatdan sonra atamın vəziyyəti xeyli ağırlaşdı. Dərhal 3 saylı şəhər klinik xəstəxanasına apardıq”.

► Əhmədov: “Çox əsəb keçirtdim”

Elnur Əhmədov adlı vətəndaşın bir müddət qabaq “Stimul hospital” haqda söylədiklərinə diqqət edək:

“Stimul klinikasında əməlli-başlı özbaşınalıqdır. Bu yaxınlarda yoldaşım orada burun əməliyyatı keçirdi. Baş çəkmək üçün yanına getdiyim zaman palatada işlək vəziyyətdə kameranın olduğunu gördüm.

Çox əsəb keçirtdim. Camaatın anası-bacısı var. Palatada yatan xəstənin məhrəm görüntüləri necə çəkilə bilər? Dedilər ki, guya kameralar təhlükəsizlik məqsədi üçün qoyulur”.

Halbuki, qanunvericiliyə uyğun olaraq vətəndaşın icazəsi olmadan çəkiliş aparmaq qadağandır.

Əgər hansısa cinayət şübhəsi varsa, o zaman istintaq görüntülər əldə etmək üçün kamera yerləşdirə bilər.

Qeyd edək ki, Y.Quliyevanın ölümü ilə bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.

E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır. Plastik cərrah Elçin Zodanov məlumatı təsdiqləyib.

Klinikanın rəsmi saytına giriş mümkün olmadığı üçün əlavə məlumat əldə edə bilmədik.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.