ABŞ-də Trampın təsviri olan birdollarlıq sikkələr buraxıla bilər
Dünən, 15:44
ABŞ Xəzinədarlığı ölkə lideri Donald Trampın təsviri olan bir dollar nominallı yeni kolleksiya sikkələri buraxmaq imkanını nəzərdən keçirir.
Bu barədə "Fox Business" telekanalı xəbər verir.
Məlumata görə, bu addım ABŞ-nin yaranmasının 250 illiyinin qeyd edilməsi çərçivəsində planlaşdırılır.
Layihəyə əsasən, sikkənin üzərində ABŞ bayrağı fonunda yumruğunu qaldırmış Tramp təsvir oluna bilər. Bu obraz onun 2024-cü ildə sui-qəsd cəhdindən sonra çəkilmiş fotoşəkli ilə əlaqələndirilir.